Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Yeni yaradılmış şuranın sədri və üzvlərini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin Üçlü Hakimiyyət Qüvvələri Arasındakı İxtilafları Həll Edən və Əlaqələri Tənzimləyən Şuranın sədri vəzifəsinə təyin olunması haqda sərəncam imzaladı. Sözügedən şura Konstitusiyanın 110-cu maddəsinin 7-ci bəndinin icrası üzrə təşkil olunmuşdur.

Sərəncamın mətni:

Cənab Ayətullah Seyid Mahmud Haşimi Şahrudi,

Üçlü hakimiyyət qüvvələri arasındakı ixtilafların həlli və əlaqələrin tənzimlənməsi istiqamətində araşdırmalar aparmaq, ortaq fikirlər irəli sürmək  məqsədilə Konstitusiyanın 110-cu maddəsinin 7-ci bəndinin icrası üzrə müvafiq qurum – Üçlü Hakimiyyət Qüvvələri Arasındakı İxtilafları Həll Edən və Əlaqələri Tənzimləyən Şura yaradılır. Siz və aşağıda adları qeyd olunan cənablar həmin ali şuranın 5 il müddətinə üzü təyin olunursunuz:

- Höccətül-İslam Seyid Məhəmməd Həsən Əbuturabi

- Seyid Murtəza Nəbəvi

- Abbasəli Kədxudayi

- Seyid Səməd Musəvi Xoşdel

Şuraya sədrlik etmək vəzifəsi Sizə həvalə olunur.

Yüksək vəzifəli rəsmilər qarşılıqlı əməkdaşlıq metodlarını, üçlü hakimiyyət qüvvələri arasındakı əlaqələri lazımi qaydada tənzimləməli, ehtimal oluna biləcək ixtilafları aradan qaldırmalı, yuxarıda qeyd olunan şura ilə tam əməkdaşlıq şəraitində işləməlidirlər.

Uca Yaradandan hamınıza dəstək və yardımçı olmasını diləyirəm!

Seyid Əli Xamenei
24 iyul, 2011-ci il



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /