Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Məşğulluğun ümumi siyasətlərini elan etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra ölkə üçün ümumi olan məşğulluq siyasətlərini elan etdi.

Üçlü hakimiyyət qüvvələri başçılarına, Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinə və Keşikçi Şuranın katibinə elan olunmuş məşğulluq siyasətlərinin mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Məşğulluğun ümumi siyasətləri:

1. Ölkənin təhsil və təbliğat sistemlərindən bəhrələnməklə milli və islami bir dəyər olaraq, əmək, istehsal, sahibkarlıq və daxili məhsuldan istifadə mədəniyyətinin genişləndirilməsi və gücləndirilməsi;

2. Əmək bazarının (hazırkı və gələcək) ehtiyaclarına uyğun olaraq, peşəkar, bacarıqlı və səmərəli kadrların yetişdirilməsi, ölkənin təhsil sisteminin (orta məktəb, texniki-peşə təhsili və ali təhsil) məsuliyyətini qabartmaqla sahibkarlıq imkanlarının yüksəldilməsi, təhsil və bacarığın inteqrasiyası, iqtisadi müəssisələrin potensialından istifadə məqsədilə onların həmkarlığa cəlb olunması;

3. Texnologiyanın və elmi əsaslı iqtisadiyyatın inkişafından istifadəyə önəm verməklə sabit iş yeri imkanlarının yaradılması, bu sahədə milli və qlobal miqyaslı dəyişikliklərin perspektivinin dəyərləndirilməsi;

4. Əmək bazarı üçün vahid informasiya sisteminin yaradılması;

5. Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə göstəricilərin (siyasi, mədəni, hüquqi və makroiqtisadi şərait, əmək bazarı, vergilər və infrastrukturlar) yüksəldilməsi, qanunvericilikdə və müvafiq prosedur qaydalarda İİR Konstitusiyası çərçivəsində islahatlar aparmaq yolu ilə özəl, kooperativ və rəqabət sektorunun himayə edilməsi;

6. Regional və qlobal miqyasda müxtəlif ölkələr, təşkilatlar və tədbirlərlə effektiv və konstruktiv əməkdaşlıq yolu ilə texnologiya, investisiya və maliyyə resurslarının cəlb edilməsi, işçi qüvvəsinin mübadiləsi, xarici əmtəə və xidmət bazarlarına yol tapmaq;

7. Pul, maliyyə, dəyər və ticarət siyasətlərinin koordinasiyası və sabitliyi, maliyyə bazarlarının işsizlik səviyyəsinin azaldılması istiqamətində tənzimlənməsi, eyni zamanda istehsal amillərinin səmərəliliyinin yüksəldilməsi və istehsalın həcminin artırılması;

8. Özəl və kooperativ sektorlarında investisiya qoyuluşuna, istehsala və səmərəli məşğulluğa dəstək üçün bu sektorlara subsidiyaların ayrılmasına daha artıq diqqət yetirilməsi;

9. Turizm və tranzit kimi imtiyazlı iqtisadi imkanların genişləndirilməsi və onlardan daha optimal istifadə;

10. İdeyaların ticariləşməsinin təmin olunması, yeni yaranmış, kiçik və novator şirkətlərin himayəsi məqsədilə ortaq investisiya fondlarının təsis edilməsinə və genişləndirilməsinə dəstək verilməsi;

11. İşsiz insanların sabit iş yeri tapmaq istiqamətində imkanlarını artırmaq üçün  onlara effektiv dövlət dəstəyinin təmin olunması;

12. İşsizlik səviyyəsinin orta həddən yüksək olduğu vilayətlərdə bu göstəricinin aşağı salınmasına xüsusi diqqət yetirilməsi;

13. Əmək haqları ilə işçi qüvvəsinin səmərəliliyin artırılması arasında mütənasibliyə riayət olunması.

Seyid Əli Xamenei
19 iyul, 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /