Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Pakistan xalqının əsl düşməni Amerika başda olmaqla qərblilərdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pakistan Respublikasının prezidenti cənab Asəf Əli Zərdari və onu müşayiət edən nümayəndə heyəti ilə şənbə günü günortadan sonra baş tutan görüşü zamanı iki ölə arasında dini, tarixi və mədəni baxımdan mövcud olan müştərək cəhətlərə toxunaraq Pakistan xalqını “çoxillik və dərin məzmunlu mübarizə keçmişinə malik olan böyük bir xalq”  adlandırdı. O vurğuladı: “Pakistan xalqı İslam dininə etiqad edən bir xalqdır. Pakistanın istənilən irəliləyiş və uğuru İran İslam Respublikasını sevindirir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Pakistan xalqının çoxillik mübarizəsində Məhəmmədəli Cənah və İqbal Lahuri kimi şəxsiyyətlər parladı. Pakistanlıların İslam dininə bərk-bərk sarılması bu mübarizənin bariz xüsusiyyətlərindən idi”.

Həzrət Ayətullah Xamenei dedi: “Pakistan xalqını hazırkı problem və əziyyətlərindən xilas edəcək yeganə yol isə İslama, bu dinin təlimlərinə sarılmaqda davam etməkdir”.

Pakistanın milli birliyinin və ərazi bütövlüyünün bəzi düşmənlər tərəfindən açıq-aşkar təhdid olunduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Pakistan xalqının, bu ölkənin milli birliyinin əsl düşməni Amerika başda olmaqla qərblilərdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Ümidvaram ki, Uca Yaradan ən qısa zamanda Pakistan xalqının düşmənlərinin şərini bu ölkədən çəkəcək”.

Ölkə başçısı cənab Mahmud Əhmədinejadın da iştirak etdiyi görüşdə Pakistan Respublikasının prezidenti cənab Asəf Əli Zərdari qısa bir fasilədən sonra yenidən Ali Məqamlı Rəhbərlə görüşdüyündən son dərəcə məmnun olduğunu bildirərək dedi: “Yaradana etiqad və İslam dininə bağlılıq insanın tərəqqisi və çətinliklərdən xilası üçün zəmin yaradacaq”.

İran xalqının mübarizəsinə, təzyiqlər qarşısındakı mətinliyinə toxunan cənab Zərdari dedi: “İran ölkəsi və xalqı müqavimət, tərəqqi yolunda irəliləyiş nümunəsidir”.

Pakistan Respublikasının prezidenti İran İslam Respublikası ilə danışıqların, həmçinin ikitərəfli əlaqələrin və regional əməkdaşlığın davam etdirilməli olduğunu vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /