Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

İslam İnqilabı veteranlarına baş çəkmək üçün 4 nümayəndə heyəti göndərdi

Həzrət Əbülfəzl Abbasın (ə) mübarək doğum günü və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən ezam edilmiş 4 nümayəndə heyəti inqilab veteranlarından bir qrupunu mənzillərində və xəstəxanalarda ziyarət edərək göstərdikləri rəşadət və mübarizliyə görə bu fədakar insanlara öz ehtiram və minnətdarlıqlarını bildirdilər.

Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində veteranlarla görüşən höccətül-İslam vəl-musliminlər cənab Təqəvi, cənab Rəhimiyan, cənab Qumi və cənab Hacı Əliəkbəri onlarla söhbət edib işləri, yaşayışları, qayğı və problemləri ilə maraqlanmaqla yanaşı, etdikləri fədakarlıqlara görə Müqəddəs Müdafiədə iştirak etmiş vüqarlı əlil və veteranlara təşəkkür və qədirdanlıq ifadə etdilər.






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /