Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Höccətül-İslam Hacı Şeyx Məhəmmədəli Səduqinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yəzdin imam-cüməsi Höccətül-İslam Hacı Şeyx Məhəmmədəli Səduqinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Yəzd vilayətinin imam-cüməsi və mənim həmin vilayətdəki nümayəndəm Höccətül-İslam Hacı Şeyx Məhəmmədəli Səduqinin bu fani dünyadan köçərək dostlarının və yaxınlarının qəlbini dağladığı haqda böyük təəssüf və kədərlə xəbər tutdum. Allah rəhmət etsin, yeri Behişt olsun!

Höccətül-İslam Səduqi imam-cümə postunda geniş və təqdirəlayiq fəaliyyət göstərmiş, Yəzd vilayətinin mömin  və inqilabçı əhalisinə dəyərli xidmətlər etmişdir. İnşallah, bu xidmətlər Tanrının rəhmətinin mərhumun ruhuna cəlb olunması üçün bir vasitə olacaq.

Mərhumun ailə üzvlərinə və yaxınlarına, Yəzd vilayətinin ruhani ictimaiyyətinə və ümumilikdə o diyarın mömin və vəfalı əhalisinə bu müsibətlə əlaqədar başsağlığı verirəm. Allahdan möhtərəm Səduqi ailəsinə və mərhumun digər yaxınlarına gözəl səbir və sonsuz əcr diləyirəm. Şəhid Ayətullah Səduqinin (bu günlər onun şəhadətinin ildönümünə təsadüf edir) ruhuna da salavat göndərirəm.

Seyid Əli Xamenei
2 iyul, 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /