Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının hədəfi İslamın başlıca prinsiplərini cəmiyyətdə gerçəkləşdirib onları dünyaya yaymaqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri, yüksək vəzifəli rəsmiləri, habelə ədliyyə orqanlarında çalışan bir qrup hakim və digər əməkdaşlarla bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, İran xalqının ötən 33 il ərzindəki tərəqqi və irəliləyişinin başlıca amili çətinliklər qarşısında gözüaçıqlıqla göstərdiyi səbirdir. Məhkəmə Hakimiyyətinin iki mühüm dayağa – ictimai nüfuz və etimada ehtiyac duyduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Üçlü hakimiyyət qüvvələrinin, özəlliklə də Məhkəmə hakimiyyətinin yüksək rəsmilərinin fəaliyyətini, təqdim etdikləri hesabat və statistikanı sual altına salmaq, yaxud bunlarla bağlı şübhə toxumu səpmək məqsədi güdən istənilən addım yanlış, ictimai etimada və ölkənin mənafeyinə zidd olan addımdır. Bütün rəsmilər, tribunadan söz demək imkanı olan şəxslər və KİV bu mühüm məsələyə tam diqqət yetirməlidir”. 

1360-cı il tir ayının 7-də İslam Respublikası Partiyasının baş qərargahında törədilmiş, Ayətullah Dr. Behişti və daha 72 inqilabçının şəhadətinə səbəb olmuş terror partlayışının ildönümündə keçirilən görüşdə hadisə nəticəsində şəhid olanların ailə üzvləri ilə də iştirak edirdilər. Ali Məqamlı Rəhbər şəhidlərin, xüsusilə də məzlum şəhid Ayətullah Dr. Behiştinin xatirəsini ehtiramla yad edərək dedi: “7 tir hadisəsi, həqiqətən, böyük bir müsibət idi. Lakin İran xalqı İmam Xomeyninin (r.ə) ona aşıladığı səbir və gözüaçıqlıq sayəsində bu müsibəti nemətə çevirib, dalğanı düşmənin özünə tərəf qaytardı”.

“İmtahan verərək üzüağ çıxdığı bu ibrət dərsi İran xalqının tərəqqi və irəliləyişinin başlıca amilidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının uca amal və hədəfləri var ki, bunlar islami dəyərlərə yetişməkdən, İslamın başlıca prinsiplərini cəmiyyətdə gerçəkləşdirməkdən və onları dünyaya yaymaqdan ibarətdir. Xalqımız bu amallara çatmağı qarşısına məqsəd qoyduğu üçün daim dünyadakı hegemon qüvvələr, müstəmləkəçi və diktatorlarla, onların yaratdığı problem və çətinliklərlə üz-üzə qalıb, bundan sonra da qalacaq. Buna görə də çətinliklərə səbir və gözüaçıqlıqla sinə gərmək, müsibətləri tərəqqi və yüksəlişə aparan nərdivana çevirmək lazımdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /