Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika Pakistanda təfriqə yaratmaqla öz qanunsuz məqsədlərinə çatmağa çalışır

Həzrət Ayətullah Xamenei həmçinin Pakistan Respublikasının prezidenti cənab Asəf Əli Zərdari ilə bu gün günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İran və Pakistan xalqlarını birləşdirən tarixi, mədəni və dini bağlar iki ölkə arasındakı münasibətlərin mümkün qədər çox genişləndirilməsi üçün zəmin yaradır. Ali Məqamlı Rəhbər Tehran-İslamabad əlaqələrinin hərtərəfli surətdə gücləndirilməli olduğunu da vurğuladı.

“Pakistan xalqının milli birliyi Amerikanın pisniyyətli planlarının puça çıxmasına səbəb olub” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika Pakistanda təfriqə yaratmaqla öz qanunsuz məqsədlərinə çatmağa çalışır. Lakin Pakistan xalqının Vaşinqtonun pis niyyətlərindən agah olması bu xalqın Amerikanın imperialist məqsədlərinə qarşı daha artıq müqavimət göstərməsinə yol açacaq”.

Cənab Asəf Əli Zərdari də Ali Məqamlı Rəhbərlə görüşündən məmnunluq ifadə edərək dedi: “Pakistan İranla arasında olan müsbət münasibətləri daha da genişləndirmək üçün bütün səylərini səfərbər edəcək”.

Pakistan Respublikasının prezidenti iki xalq arasındakı əlaqələrin güclü tarixi-mədəni keçmişə dayandığını bildirərək dedi: “Bu əlaqələrin dəfələrlə işıqlı bir gələcəyi olacaq!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /