Bu gün səhər təqribən 3 saat müddətində ölkənin sayılıb-seçilən nəşrlərinin və yüksək tirajlı kitabların sərgiləndiyi pavilyonlara baxış keçirən Həzrət Ayətullah Xamenei ən yeni kitablar və çap məhsulları ilə yaxından tanış oldu.
Ali Məqamlı Rəhbər sərgiyə tamaşa etdikdən sonra tanınmış və qabaqcıl naşirlərdən bir qrupu ilə görüşdü. Nəşriyyat və kitab sferasında çalışan rəhbər işçilərə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei kitab nəşrinin mühüm və əvəzolunmaz bir məsələ olduğunu qeyd edərək dedi: “Son illərdə nəşrlərin keyfiyyəti, kitabların tirajı və mövzuların müxtəlifliyi keçmişdəki ilə müqayisə olunmayacaq dərəcədə artıb. Lakin arzulanan səviyyəyə çatmağımıza hələ var”.
Yazıçıların baxış üfüqlərinin genişləndiyinə toxunan Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Mahiyyət baxımından da müsbət işlər görülüb və bu inkişaf prosesi daha artıq səy və investisiya qoyuluşu sayəsində davam etdiriləcək”.
Kitab sferası inkişaf etmədən ölkənin tərəqqisinin mümkünsüz olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “İslam Mədəniyyəti və İrşadı Nazirliyi, dövlət strukturları və nəşriyyat işinə maraq göstərən şəxslər kitab məsələsinə önəm versinlər və kitab istehsalına ciddi diqqət ayırsınlar”.
Nəşriyyat sənayesi və kitab istehsalı sahəsində ölkənin əldə etdiyi irəliləyişlərin hissediləcək səviyyədə olduğunu qeyd edən Ali Məqamlı Rəhbər kitab nəşrinə səy və təşəbbüs göstərməkdə davam etməyin vacibliyini vurğuladı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!