Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin “şame-qəriban” mərasimində iştirak etdi

Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın şəhadətinin “şame-qəriban” gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrinin və vəzifəli şəxslərin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunan matəm və əza mərasimi keçirildi.   

İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan bu ilahi feyz dolu, mənəvi atmosferli mərasimdə Əhli-Beyt (ə) xanədanının əzəməti və əzabları haqqında danışıldı, əzadarlar Peyğəmbərin (s) istəkli qızının çəkdiyi müsibətlərə göz yaşı axıdaraq matəm saxladılar.

Mərasim İmam Xomeyni (r.ə) adına hüseyniyədə bazar günü gecəyə qədər davam edəcək.





Materialdan istifadə edərkən WWW.LEADER.İR
saytına istinad zəruridir!

700 /