Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Həzrət Fatimeyi-Zəhranın (s.ə) xatirəsinə həsr olunmuş əza mərasimində iştirak etdi

İslam peyğəmbərinin (s) sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunmuş matəm və əza mərasimi keçirildi.

Çərşənbə günü gecədən etibarən başlamış bu mərasimdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri və vəzifəli şəxslər iştirak etdilər, çıxış edənlər və Əhli-Beyt (ə) məddahları imamlar anası Həzrət Fatimənin əzəmətli şəxsiyyətini səciyyələndirdilər, xanımın yüksək keyfiyyətlərindən və çəkdiyi müsibətlərdən danışdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən əza mərasimi bazar gününə qədər (18 ordibeheşt 1390-cı il) davam edəcək.



Materialdan istifadə edərkən
WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /