İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, təhsil sisteminin ən mühüm vəzifəsi İslam Respublikası və İran xalqının əzəmətli hərəkatı üçün layiqli insanlar yetişdirməkdir. O vurğuladı: “Məhz buna görə də təhsil sistemində İran-İslam modeli əsasında elə bir müstəqil və mütərəqqi dəyişikliyin həyata keçirilməsinə ehtiyac var ki, nəticəsi mömin, Allaha təvəkkül edən, nəcib, cəsur, novator, səbirli, gələcəyə inanan, yeni-yeni meydanlara atılmaq üçün gözəl xarakterə malik, riskli insanların yetişdirilməsi olsun”.
Şəhid ustad Ayətullah Murtəza Mütəhhərinin xatirəsini böyük ehtiramla yad edərək ölkədə qeyd olunan Müəllim Gününün ustadın adı ilə bağlı olduğunu xatırladan Həzrət Ayətullah Xamenei Şəhid Mütəhhərini xalqının dərdini yaxından duyan, gözüaçıq və görkəmli bir şəxsiyyət kimi səciyyələndirdi. O, əlavə etdi: “Sadaladığım keyfiyyətlərə malik olan bu dahi insan elm, mədəniyyət, təlim-tərbiyə sahəsində saysız-hesabsız bərəkətlərin mənşəyi oldu. Sonda isə ustada şəhadəti mükafat verən Uca Yaradan ona bu dünyadan köçdüyü halda, diri olmağı nəsib etdi”.
Müəllimlərin cəmiyyətdəki rolunu və mövqeyini izah edən Ali Məqamlı Rəhbər dedi: “Müəllim elə bir insandır ki, ölkənin gələcəyi, dahi şəxsiyyətlərin, Haqq yolu mücahidlərinin və ölkəni idarə edəcək insanların yetişdirilməsi onun əlindədir. Buna görə də xalqın bütün üzvləri müəllimlərin qədrini və əhəmiyyətini bilməli, hörmətini saxlamalıdırlar. Müəllimin əsl mövqeyinin tanıtdırılmasında eyni zamanda KİV və vəzifəli şəxslər də mühüm rola malikdirlər”.
Təhsil sistemində dəyişikliklər mövzusuna toxunan Ali Məqamlı Rəhbər buna ehtiyacın hansı səbəbdən doğduğunu açıqlayaraq dedi: “Hazırkı təhsil sistemi kənardan əxz edildiyinə, burada İran xalqının ehtiyacları, tələbləri və mədəniyyəti nəzərə alınmadığına görə sistemdə dəyişikliklərin həyata keçirilməsinə ehtiyac var”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Belə bir dəyişikliyin həyata keçirilməsi üçün müstəqil və mütərəqqi bir İran-İslam modelinə ehtiyac var. Bu modelin məqsədi İslam Respublikası üçün layiqli insan potensialının yetişdirilməsi olmalıdır”.
Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “İran İslam Respublikası İslam bayrağını əlinə alıb, dünya və axirətini abad etmək, başqa xalqlara yardımçı, müjdəçi, Qiyamət günü onların əməllərinə şahid olmaq istəyirsə, imanlı, Allaha təvəkkül edən, nəcib, novator, cəsur, xeyirxah, səbirli, coşqun istedadlı və riskə atılmaq qabiliyyətinə malik olan insanlar yetişdirməlidir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə insanları yetişdirmək üçün İslamın göstərişlərinə və Quranın bizə öyrətdiklərinə əməl etmək lazımdır”.
Təhsil sistemində dəyişikliklər həyata keçirərkən konkret istiqamətin müəyyən edilməsinin vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Genişmiqyaslı yanaşma, kompleks planlaşdırma, həmçinin müəllimin bir mehvər kimi aparıcı rolunun nəzərə alınması bu sferada dəyişikliklərin həyata keçirilməsinin mühüm şərtlərindəndir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Təhsil və tərbiyə sisteminə, bu sferada dəyişikliklərin aparılması işinə nə qədər sərmayə qoyulsa da, heç şübhəsiz, əldə olunan mənfəət qoyulan sərmayədən dəfələrlə artıq olacaq. Təhsilə hər kəs bu prizmadan baxmalıdır”.
Həzrət Ayətullah Xamenei İran xalqının İmam Xomeyninin (r.ə) rəhbərliyi altında həyata keçirdiyi, tarixdə misli görünməmiş, əzəmətli hərəkatı xatırladaraq dedi: “İran ölkəsinin belə bir xalqın şəninə layiq təhsil sisteminə ehtiyacı var”.
İran xalqının hərəkatının müxtəlif aspektlərini açıqlayan Həzrət Ayətullah Xamenei aşağıdakıları qeyd etdi: “Dünyanın güc və hegemonluq faktorlarının bütün qüvvə və imkanlarını islami və insani dəyərlərə qarşı səfərbər etdiyi bir şəraitdə İran xalqı bu dəyərləri dirçəltmək naminə təkbaşına qiyama qalxdı, bu çətin yolu təkbaşına qət etdi və hal-hazırda böyük qələbə və irəliləyişlərə nail olub”.
Qərbi Asiya və Şimali Afrikada cərəyan edən oyanış hərəkatını “İran xalqının əzəmətli hərəkatının davamı” adlandıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu oyanış hərəkatı, heç şübhəsiz, Avropanın dərinliklərinə qədər irəliləyəcək, Avropa xalqları onları Amerika və sionistlərin mədəni-iqtisadi siyasətinin gözübağlı quluna çevirmiş siyasi liderlərinin və hökumət başçılarının əleyhinə ayağa qalxacaqlar”.
Avropada bu oyanışın qaçılmaz olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Hazırda müşahidə etdiyimiz oyanış İran xalqının əzəmətli hərəkatının ən güclü məqamıdır. Əgər biz bu hərəkatın həmin güc və sürət tempi ilə davam etməsini istəyiriksə, yeni-yeni istedadların çiçəklənməsinə rəvac vermək, mübariz insanlar yetişdirməklə yanaşı, iman, gözüaçıqlıq, yüksək intellekt kimi keyfiyyətləri gücləndirməli, birlik və həmrəyliyi daha da möhkəmləndirməliyik”.
Sonda Həzrət Ayətullah Xamenei vurğuladı: “Əmin olun ki, İran İslam Respublikası yüksək əzmə, güclü imana malik ixlaslı vətəndaşları sayəsində səadət və tərəqqi zirvələrini bir-bir fəth edəcək!”
Görüşün əvvəlində Təhsil Naziri cənab Hacı Babayi çıxış edərək təhsil sistemində əsaslı dəyişikliyin həyata keçirilməsi istiqamətində hazırlanan proqramlara və bu sahədə görülmüş işlərə toxundu. O dedi: “Təhsil sisteminin ümumi siyasəti Qurumun Mənafeyini Müəyyənləşdirən Şurada təsdiq olunub, təlim-tərbiyənin fəlsəfə və ideologiyasının müəyyən edilməsi də İnqilab Mədəniyyəti Ali Şurasının gündəliyində yer alır. Eyni zamanda Milli Tədris Proqramı da Təhsil Ali Şurasında araşdırılma və yekun təsdiq mərhələsindədir”.
Təhsil Naziri əlavə etdi: “İstedadların çiçəklənməsinə, islami təlim-tərbiyənin əsaslarına, yeni texnologiyalara, fiziki tərbiyəyə, həyat bilgilərinə, məktəb kitabxanalarına, təhsilə yardımçı jurnalların nəşrinə diqqət yetirilməsi, təhsilin keyfiyyətinin dəyərləndirilməsi Milli Təhsil Proqramında nəzərdə tutulmuş mühüm məsələlər sırasındadır”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!