Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri ilə bağlı yeganə etibarlı mənbə Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Şiraz camaatı ilə görüşü əsnasında səsləndirdiyi fikirlərlə bağlı İran İslam Respublikasının Xəbər Agentliyi (İRNA) tərəfindən yanlış məlumatın yayılmasının ardınca Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi baş vermiş insidentdən təəssüf hissi keçirdiyini, İRNA xəbər agentliyinin bu addımını məsuliyyətsiz bir addım kimi qiymətləndirdiyini bildirərək bütün xəbər agentliklərindən və saytlardan xahiş edir ki, bu xəbərdən heç bir vəchlə istifadə etməsinlər.

Görüş haqqında ətraflı məlumat Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən müvafiq qaydada xəbər agentliklərinə və saytlara təqdim olunacaq.

Bir daha vurğulayırıq ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə bağlı məlumatların əldə edilməsi üçün yeganə etibarlı mənbə Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsidir. 



Materialdan istifadə edərkən
WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /