İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kəşfiyyat Nazirinə ünvanladığı məktubda aşağıdakıları qeyd etdi: “Sizdən istəyim budur ki, Kəşfiyyat Nazirliyinin öhdəsinə düşən mühüm daxili və xarici missiyaların yerinə yetirilməsi istiqamətində əvvəlkindən də artıq əzm və təşəbbüskarlıq göstərəsiniz”.
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Hörmətli Kəşfiyyat Naziri Höccətül-İslam cənab Moslehi,
Ölkənin kəşfiyyat orqanının gücü, qurumdaxili həmrəyliyi və günün tələblərinə cavab verməsi İslam Respublikasının qüdrətinin mühüm əsaslarından biridir. Ona görə də Sizdən istəyim budur ki, Kəşfiyyat Nazirliyinin öhdəsinə düşən mühüm daxili və xarici missiyaların yerinə yetirilməsi istiqamətində əvvəlkindən də artıq əzm və təşəbbüskarlıq göstərəsiniz, nazirliyin sərəncamında olan bacarıqlı, inqilabçı və dindar insan potensialından, müasir texnologiyalardan, habelə daim ölkənin və xalqın xidmətində duran dövlətimizin dəstəyindən, informasiya sahəsinə aidiyyəti olan digər qurumlarla əməkdaşlıqdan bəhrələnərək rəhbərlik etdiyiniz orqanın qanuni vəzifələrinin icrasında kiçicik belə olsun boşluğa və səhlənkarlığa yol verilməsinə icazə verməyəsiniz.
Sizin üçün, habelə müavinləriniz, rəhbər işçiləriniz və Kəşfiyyat Nazirliyində çalışan bütün dəyərli və inqilabçı övladlarım üçün Allaha dualar edirəm! Arzum budur ki, işinizdə müvəffəqiyyət qazanıb, özünüzü layiqincə doğruldasınız.
Seyid Əli Xamenei
30 fərvərdin 1390
Məktubun tam mətni:

Materialdan
istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!