İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun yüksək rütbəli zabitləri ilə bugünkü görüşündə 29 fərvərdin tarixini – İran İslam Respublikası Ordusunun yaranma gününü və Silahlı Qüvvələrin bu qolunun dəyərli xidmətlərini böyük ehtiramla xatırlayaraq aşağıdakıları vurğuladı: “Uca Tanrının İslam dövlətinə xidmət etmək üçün yaratdığı fürsətdən istifadə edərək bütün intellektual və əməli gücümüzü, potensialımızı ortaya qoymalıyıq!” Materialdan istifadə edərkən
Ali Baş Komandan bunları da qeyd etdi: “İntellektual və əməli potensialın saf ilahi niyyətlə ortaya qoyulduğu istənilən sferaya Allahın lütfü və yardımı da şamil olunacaq və günü-gündən artan uğurlar üçün zəmin yaranacaq”.
Həzrət Ayətullah Xamenei layihələrin icra müddətini dəqiq surətdə planlaşdırmağın vacibliyini vurğulayaraq əlavə etdi: “Silahlı Qüvvələrin, xüsusən də İİR Ordusunun ciddi diqqət yetirməli olduğu məqamlardan biri də qarnizonların müasir standartlara uyğunlaşdırılması və hərbçilər üçün münasib iş atmosferinin yaradılmasıdır”.
Görüş əsnasında Ordunun Baş Komandanı, diviziya generalı Salehi və Ordunun Quru Qüvvələrinin Komandanı, briqada generalı Purdəstan həyata keçirilmiş və icra mərhələsində olan layihə və proqramlar haqqında hesabat verdilər.
Görüşün əvvəlində Ali Məqamlı Rəhbərin imamətliyi ilə zöhr və əsr namazları qılındı.