Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ayətullah Hacı Şeyx Məhəmməd Sadiqi Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi və mütəfəkkir ruhani alim Ayətullah Hacı Şeyx Məhəmməd Sadiqi Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi.
Ali Məqamlı Rəhbərin başsağlığı müraciətinin tam mətni:
Allahın adı ilə!
Cənab Mehdi Mustəfəvi,
Bütün ömrünü din elmi və Quran yolunda səy göstərməyə həsr etmiş, özündən sonra çoxlu sayda əsərlər yadigar qoyub getmiş dahi və mütəfəkkir alim Ayətullah Hacı Şeyx Məhəmməd Sadiqi Tehraninin vəfatı ilə əlaqədar cənabınıza və mərhumun digər möhtərəm ailə üzvlərinə və qohumlarına başsağlığı verirəm. Allahdan mərhumun ruhu üçün xeyirli mükafat, bağışlanma və  böyük rəhmət diləyirəm.
Allahın salamı və mərhəməti nəsibiniz olsun!
Seyid Əli Xamenei
6 fərvərdin 1390
700 /