Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hacı Şeyx Cavad Həsənəlinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mömin və pəhrizkar ruhani alim Hacı Şeyx Cavad Həsənəlinin vəfatı ilə əlaqədar başsağlığı verdi.
Başsağlığı müraciətinin tam mətni:
Allahın adı ilə!
Yəzd vilayətinin möhtərəm imam-cüməsi cənab Höccətül-İslam vəl-müslimin Səduqi,
Daim insanların xidmətində durmağa can atan, inqilabçı imam-cümə – mömin və pəhrizkar alim Hacı Şeyx Cavad Həsənəlinin vəfatı ilə əlaqədar Təft şəhərinin dəyərli və imanlı əhalisinə, Yəzd vilayətinin elmi ictimaiyyətinə, o böyük ruhaniyə qəlbən bağlı olan hər kəsə, xüsusilə də möhtərəm ailə üzvlərinə və qohumlarına başsağlığı verirəm. Uca Yaradandan mərhumun ruhuna ən ali ilahi dərəcələri nəsib etməsini diləyirəm.  
Seyid Əli Xamenei
6 fərvərdin 1390
700 /