İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşdü. Ali Məqamlı Rəhbər məclisin yeni rəyasət heyətinin üzvlərini seçərkən müdrik və tədbirli davrandıqlarına görə xalqın görkəmli şəriət ekspertlərinə təşəkkürünü bildirdi. Region xalqlarının islami oyanışını “İran İslam Respublikasının varlığını davam etdirmə və tərəqqi tempindən nümunə götürmüş çox böyük bir hadisə” adlandıran Ali Məqamlı Rəhbər bu həssas məqamda rəsmi şəxslərin və siyasətçilərin öhdəsinə düşən məsuliyyəti izah etməklə yanaşı, hamıya, xüsusilə də gənclərə birbaşa müraciət edərək aşağıdakı olduqca mühüm fikirləri vurğuladı: “Mənim hər kəsə mesajım budur: istənilən formada hörmətsizlik, qeyri-etik və təhqiramiz davranış şəriətə və siyasi düşüncəyə ziddir, İslam Respublikasına zərbədir və Allah-Təalanın qəzəbinə səbəb olur”.
Ümmətin aliməqam şəriət ekspertlərinə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin rəyasət heyətinin seçkisi məsələsində düşmənin öz istəyinə nail ola bilmədiyini qeyd etdi. Xubriqan üzvlərinə, xüsusilə də cənab Haşimi Rəfsəncaniyə minnətdarlığını bildirən Ali Məqamlı Rəhbər dedi: “Onlar gözləyirdilər ki, Xubriqan Məclisinin üzvləri arasına ixtilaf düşəcək və xalqa xidmət yarışı mövqe və status uğrunda mənfi rəqabətə çevriləcək. Lakin məclis üzvü olan şəriət ekspertlərinin ixlasının, onların davranışında və səsləndirdiyi fikirlərdə müşahidə olunan müdriklik və tədbirliliyin bərəkəti sayəsində bu problem, Allahın lütfü ilə, İslamın və İslam Respublikasının xeyrinə çevrildi”.
Ali Məqamlı Rəhbər cənab Haşimi Rəfsəncaninin bu məsələ ilə bağlı mövqeyinə toxunaraq dedi: “Biz cənab Rəfsəncanidə əvvəllər də daim müşahidə etdiyimiz dərin düşüncə və məsuliyyət hissini nəzərə alaraq, ondan məhz belə bir davranış gözləyirdik”.
Həzrət Ayətullah Xamenei həmçinin Ayətullah Mehdəvi Kəninin Xubriqan Məclisinin sədri seçilməsini də “layiqli və haqlı bir seçim” adlandıraraq əlavə etdi: “Cənab Mehdəvi Kəni inqilabın başlanğıcından bu günə qədər din, siyasət, ölkənin aktual məsələləri, teoloji mərkəz, universitet və s. sferalar daxil olmaqla, hər bir sahədə görkəmli və bariz bir şəxsiyyət olmuşdur”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, regiondakı vəziyyət nəzərə alınarsa, hal-hazırda ölkədəki şərait son dərəcə həssasdır. O, əlavə etdi: “Region ölkələrində baş verən olduqca böyük hadisələr hələ yolun başlanğıcı deməkdir. Bu hadisələrin müxtəlif aspektlərini dərk edərək öhdəmizə düşən mühüm vəzifələrə əməl etməliyik”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, “xalqın meydanlara çıxması” və “islami şüarların səsləndirilməsi” regionda gedən dəyişikliklərin iki olduqca mühüm göstəricisidir. O, əlavə etdi: “Bu dəyişikliklərin həyata keçməsi İrandakı, habelə dünyanın digər ölkələrindəki bütün sadiq müsəlmanların və düşünən beyinlərin arzusu olmuşdur”.
“Xalqların mübarizə və risk meydanlarında varlığı və mətinliyi onların qələbəsinin qarantıdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Xalq – 32 il bundan öncə İranda olduğu kimi – canını riskə ataraq meydanlara çıxanda Allahın qüdrət əli onun iradəsini və əzmini daha da möhkəmləndirərək qələbəsini labüd edir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Tanrının xalqların iradəsini dəstəkləməsi sayəsində, nəinki təkcə “xaricdən asılı, korrupsioner və despot hakimlər”, hətta Amerika və dünyanın digər hegemon dövlətləri qatil və rəhmsiz xarakterlərinə baxmayaraq, sonda xalqlara məğlub olacaq, Allahın vədləri gerçəkləşəcək. Bu gün baş verən hadisələrdə də biz bu ruhlandırıcı həqiqəti müşahidə edirik”.
Həzrət Ayətullah Xamenei “İslam şüarını” region xalqlarının qiyamının ikinci göstəricisi adlandıraraq əlavə etdi: “Əlbəttə, liberal, etnik və digər motivlər də mövcud ola bilər, lakin region xalqlarının ruhu və canı müsəlmançılıqdır. Buna görə də baş verən dəyişikliklərdə islami şüarlar açıq-aşkar görünür və duyulur”.
Ali Məqamlı Rəhbər bildirdi ki, İslam İnqilabı regionda gedən mühüm dəyişikliklərə effektiv təsir etmiş faktorlardan biridir. O dedi: “İslam İnqilabının qələbəsi, İslam Respublikasının qurulması, İslam dövlətinin qalıcılığı, möhkəmlənməsi və müxtəlif sahələrdə günü-gündən artan, diqqətəlayiq tərəqqisi regionun müsəlman xalqlarının qarşısında şəxsiyyətini sübut etmə və nüfuz qazanmanın layiqli bir nümunəsi kimi çıxış edərək onlara öz təsirini göstərib”.
“İslamın, İranın düşmənlərinin bütün siyasətlərini və təbliğatlarını İslam Respublikasının başqa xalqlara nümunə olmasının qarşısını almaq üçün mərkəzləşdirməsi bu reallığın göstəricisidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünyadakı hegemon dövlətlər müxtəlif vasitələrlə, o cümlədən zəif cəhətləri şişirtmək, birbaşa və dolayısı ilə yalanlar uydurmaqla “İslam Respublikası” modelini xalqların gözündə zəiflətməyə və nüfuzdan salmağa çalışırlar”.
“İslam Respublikası” modelinin nüfuzdan salınmasında iki daxili və xarici amilin təsirli ola biləcəyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Daxili amillər sırasında çatışmazlıqlar, qüsurlar, məsuliyyətsiz davranışlar, ixtilaflar, siyasətin yoxluğu, hakimiyyətə və dünya malına hərislik xalqların gözündə İslam Respublikasının nüfuzunun korlanmasına daha çox təsir göstərə bilər. Bu problemlərə diqqət yetirib, onları aradan qaldıra bilsək, xarici amil – yəni düşmənlərin təbliğatı Allahın iradəsi ilə yox olacaq”.