Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Ayətullah Hacıağa Həsən İmaminin vəfatı ilə əlaqədar başsağlığı verdi

Həzrət Ayətullah Xamenei Ayətullah Hacıağa Həsən İmaminin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün İsfahan camaatına, Teoloji Mərkəzə, görkəmli ruhani alimlərə və mərhumun ailəsinə müraciət etdi.
Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Böyük alim Ayətullah Hacıağa Həsən İmaminin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar əziz və mömin İsfahan camaatına, xüsusilə Teoloji Mərkəzə, görkəmli ruhani alimlərə, mərhumun yaxınlarına, özəlliklə möhtərəm ailə üzvlərinə və oğullarına başsağlığı verirəm. Bu dahi alimlə dostluq etdiyim 50 il ərzində onun vəfası, sədaqəti və şəfqətli duaları mənim üçün dəyərli bir sərmayə olmuşdur. Uca Tanrı onun ruhunu məhşərə pak və məsum əcdadları ilə birgə gətirsin, Öz mərhəmət və bağışlamasına layiq görsün.        
Seyid  Əli Xamenei
10 mart, 2011-ci il
700 /