Bu gün “Təbii sərvətlər” həftəsi çərçivəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Tehran şəhərinin cənubunda – Hava Qüvvələri qarnizonunun əvvəlki yerində – ölkədə ən böyük botanika bağının əsasının qoyulmasına rəsmi surətdə start verildi.
Hökumət nümayəndələrinin, deputatların, Tehran İslam Şurasının sədrinin, şəhər bələdiyyə sədrinin və yüksək rütbəli hərbçilərin iştirak etdiyi bu mərasimdə Ali Məqamlı Rəhbər əvvəlcə öz əlləri ilə iki ting əkdi.
Daha sonra Həzrət Ayətullah Xamenei təbii sərvətlər və ekologiya sahəsində, Tehran bələdiyyəsində çalışan müxtəlif vəzifəli şəxslər və Tehran İslam Şurasının üzvləri qarşısında çıxış etdi. O, vəzifəli şəxslərin sağlam ekologiya və yaşıllaşdırma məsələlərinə əvvəlkindən də çox diqqət göstərməsindən məmnun olduğunu bildirərək vurğuladı: “Ətraf mühitin, meşələrin və təbii resursların qorunması, yaşayış üçün sağlam və təmiz bir atmosferin yaradılması başlıca məsələlərdən biridir və vəzifəli şəxslər bunu öz fəaliyyətlərində prioritetə çevirməlidirlər”.
Ali Məqamlı Rəhbər bildirdi ki, insanların xoşbəxt yaşayışı üçün elm, sənaye, iqtisadiyyat və şəhərsalma sahələrinin inkişafı ilə yanaşı, sağlam ekologiyaya da ehtiyac var. O dedi: “Təbii resurslar tarix boyu müxtəlif xalqlara və nəsillərə məxsus olan milli sərvətlərdir. Buna görə də təbii resursların və meşələrin qorunması məsələsinə daha ciddi diqqət ayrılmalıdır”.
Hazırlanan fəaliyyət proqramlarında ekologiya və təbii sərvətlərin qorunması ilə bağlı məsələlərə prioritet yer ayırmağı hökumət və parlament nümayəndələrinə təkidlə tövsiyə edən Həzrət Ayətullah Xamenei “Şəhər bağları” layihəsindən narahatlığını bildirərək əlavə etdi: “Son vaxtlar müzakirə obyektinə çevrilmiş bu məsələ sui-istifadəçi şəxslərin işə girişməsi, meşələrin və təbii sərvətlərin məhv edilməsi üçün şərait yaradacaq”.
Həzrət Ayətullah Xamenei həmçinin Tehran ərazisinin genişlənməsinin qarşısının alınmasına ciddi nəzarət etmək lazım olduğunu vurğulayaraq əlavə etdi: “Əlborz dağının cənub yamaclarındakı və Tehranın ətrafındakı ərazilərə müdaxilə etmək istəyənlərə qarşı tam ciddi surətdə mübarizə aparmaq, milli mənafeyi qorumaq lazımdır”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam İnqilabından sonra Tehran şəhərində xalqın rifah səviyyəsinin yüksəldilməsi və insanlara xidmət məqsədilə görülən işləri inqilabdan əvvəlki dövrlə müqayisə etmək qeyri-mümkündür. O vurğuladı: “Həyata keçirilmiş bütün tədbirlərə baxmayaraq, Tehran hələ də oksigenlə zəngin məkanların çatışmazlığı sarıdan əziyyət çəkir. Tehran rəsmiləri şəhərdə, xüsusilə də cənub regionunda yaşıllıq zonalarının genişləndirilməsini nəzərdə tutan layihələrin hazırlanması işini diqqət mərkəzində saxlamalıdırlar”.
Torpaq möhtəkirlərinə qarşı mübarizəni də olduqca əhəmiyyətli məsələlərdən biri adlandıran Ali Məqamlı Rəhbər şəhər rəsmilərini torpaq möhtəkirliyinə qarşı mübarizədə Məhkəmə Hakimiyyəti ilə əvvəlkindən də sıx əməkdaşlıq etməyə çağırdı.