Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər :

İmam Xomeyninin (r.ə) kürəkəninin vəfatı ilə əlaqədar başsağlığı verdi

Bu gün səhər İnformasiyanın Toplanması və Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) naməlum əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət İmam Xomeyninin (r.ə) əziz kürəkəni cənab Mahmud Borucerdinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Həzrət İmam Xomeyninin əziz kürəkəni cənab Mahmud Borucerdinin (Allah hər ikisinə rəhmət etsin!) uzun çəkən və üzücü xəstəlikdən sonra fani dünya ilə vidalaşdığı barədə sonsuz təəssüf hissi ilə xəbər tutdum. Bu möhtərəm və ziyalı şəxsiyyətin vəfatı ilə əlaqədar  dəyərli və fəzilətli həyat yoldaşına, əziz oğullarına və dahi İmam Xomeyninin (r.ə) nəcib ailəsinin bütün üzvlərinə başsağlığı verir, mərhumun ruhuna Allahdan rəhmət  və bağışlanma diləyirəm.
Seyid Əli Xamenei



700 /