: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə bu gün səhər baş tutan görüşündə iştirakçıları İslamın əzəmətli peyğəmbərinin (s) və İmam Sadiqin (ə) mübarək doğum günləri münasibətilə təbrik edərək qeyd etdi ki, regiondakı bəzi xalqların oyanışı bəşərin “İslam dini və əziz İslam peyğəmbəri” kimi həyatverici bir günəşdən bəhrələnmə qabiliyyətinin artmasının əlamətidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə bu gün səhər baş tutan görüşündə iştirakçıları İslamın əzəmətli peyğəmbərinin (s) və İmam Sadiqin (ə) mübarək doğum günləri münasibətilə təbrik edərək qeyd etdi ki, regiondakı bəzi xalqların oyanışı bəşərin “İslam dini və əziz İslam peyğəmbəri” kimi həyatverici bir günəşdən bəhrələnmə qabiliyyətinin artmasının əlamətidir. O vurğuladı: “Regiondakı xalqların dərdlərinə yalnız “Amerika” adlı böyük şeytanın xalqların və ölkələrin müqəddəratına müdaxilə edən əlini kəsməklə əlac etmək olar!”
Ali Məqamlı Rəhbər böyük İslam peyğəmbərinin (s) dünyaya gəlişini “bəşəriyyətin həyatında parlaq bir şəfəq” adlandıraraq əlavə etdi: “Bəşəriyyətin bilik və məlumatı dərinləşdikcə, tarix boyu insanın potensialı artdıqca İslam peyğəmbərinin yer üzünə göndərilməsinin bəşər cəmiyyətinin müqəddəratına səadət bəxş edən, bərəkətli təsiri daha çox aşkara çıxacaq. Elə bu gün də regionda bu parlaq həqiqətin nişanələri müşahidə olunur”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, bəzi region ölkələrindəki, xüsusilə də Tunis və Misirdəki islami oyanış xalqların artıq təngə gəlməsinin, “təhqir, zülm və zülmətdən” xilas olmağa çalışmasının əlamətidir. O, əlavə etdi: “Başda Amerika olmaqla imperialistlərin ölkələrin ictimai, iqtisadi, mədəni və siyasi həyatına zorla müdaxilə etməsi xalqları təngə gətirib və onları bu dözülməz vəziyyətdən çıxış yolu tapmaq fikrinə yönəldib”.
Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei Qərb ölkələrindəki xalqların yalnız maddiyyata əsaslanan sivilizasiyadan haqlı narazılığına toxunaraq dedi: “Müsəlmanlar özlərinin davranışı və danışıq qabiliyyəti ilə İslam dinini dünyaya düzgün şəkildə təqdim edə bilsələr, sözsüz ki, İslama doğru meyllənmə bütün dünyanı bürüyəcək. Bu məsələ baxışlarını və davranışlarını islah etməkdə müsəlmanların öhdəsinə düşən məsuliyyəti daha da ağırlaşdırır”.
Ali Məqamlı Rəhbər imperialistlərin müdaxiləsinə qarşı özünü büruzə vermiş narazılığı “regiondakı bəzi müsəlman xalqlarının oyanışının ilkin nəticələrindən biri” adlandıraraq dedi: “Amerikalılar özlərini bu əzəmətli hərəkatın hədəfindən yayındırmaq üçün çox çalışırlar, lakin onlar istədiklərinə nail ola bilməyəcəklər. Çünki xalqlar dərk ediblər ki, Amerikanın və onun əlaltılarının apardığı siyasət xaqların təhqir olunmasının, aralarındakı ixtilaf və ikitirəliyin başlıca amilidir. Odur ki müsəlman dünyasının problemlərini həll edəcək açar Amerikanın regiondakı ağalığına son qoyulmasında gizlənib”.
Həzrət Ayətullah Xamenei xalqlar və dövlətlər arasında uçurum yaradılmasını Amerikanın Orta Şərqdə yürütdüyü siyasətin digər nəticəsi adlandıraraq əlavə etdi: “Xalqların siyasi meydanlarda varlığı hegemon dövlətlərin zülm qılıncını kütləşdirir. Əgər dövlətlər xalqların səsinə səs versələr, nə Amerika, nə də başqa bir müstəmləkəçi öz iradəsini onlara diktə edə bilməz”.
Qondarma İsrail dövlətini “xərçəng şişi” adlandıran Ali Məqamlı Rəhbər bu rejimin regionda cürbəcür “xəstəliklərə”, siyasi və iqtisadi bəlalara yol açdığını dedi. O, əlavə etdi: “Amerika müharibə və ixtilafları qızışdıran bu “şişi” qoruyub saxlamaq üçün əlindən gələni edir. Lakin region xalqlarının bu “xərçəng şişi”nə qarşı nifrəti indi daha çox aşkara çıxıb”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, regionda genişlənməkdə olan islami oyanış dalğasını düzgün istiqamətləndirmək işində ruhani alimlərin, görkəmli siyasət və elm xadimlərinin, universitet təmsilçilərinin öhdəsinə ağır bir vəzifə düşür. O həmçinin vurğuladı: “Region ölkələrindəki görkəmli şəxsiyyətlər imperializm maşınının camaatın qiyamını onların əlindən almasına, xalqların əzəmətli hərəkatını müsadirə etməsinə imkan verməməlidirlər”.
Həzrət Ayətullah Xamenei islami oyanış hərəkatının qorunmasının və ali məqsədlərə doğru istiqamətləndirilməsinin regionun və İslam ümmətinin işıqlı gələcəyi üçün zəmin yaradacağını dedi. O, müsəlmanların demoqrafik və coğrafi xüsusiyyətlərinə, 1.5 milyardlıq nəhəng insan potensialına toxunaraq əlavə etdi: “İslam ümmətinin hazırkı vəziyyəti dəyişilməlidir. Allahın lütfü və İslamın bərəkəti sayəsində, bu dəyişikliyə o qədər də uzaq olmayan gələcəkdə nail olunacaq”.
Ali Məqamlı Rəhbər Quran ayələrinə istinadən qeyd etdi ki, “Allaha təvəkkül etmək, Tanrının qarşısında bütün varlığı ilə təslim olmaq, din qardaşlarına qarşı mehribanlıq, müstəmləkəçilərə və zalımlara qarşı müqavimət və mübarizlik” müsəlman bir fərdə və cəmiyyətə xas keyfiyyətlərdir. O, əlavə etdi: “Əziz İran xalqı, Allahın dəstəyi və yardımı ilə, bu nicatverici yolu davam etdirir. Digər müsəlman xalqları da yavaş-yavaş bu səmtə, bu yola doğru meyllənməkdədirlər ki, Allahın verdiyi “Gözəl aqibət müttəqilərə aiddir” vədəsi sonda gerçəkləşsin”.
Görüşün əvvəlində ölkə prezidenti Mahmud Əhmədinejad əzəmətli İslam peyğəmbərinin (s) səbrinə, mübarizliyinə, ibadətinə, insanlara qarşı qayğı və sevgisinə, ədalətinə, məzlumu müdafiə etməsinə, izzət və böyüklüyünə toxunaraq dedi: “Peyğəmbərin təlimləri qlobal miqyaslı bir amala, ümumbəşəri tələbə çevrilib və bəzi cəmiyyətlər yavaş-yavaş həqiqəti dərk etdikcə imperialistlərin təhqirlərinə, zülm və qarətlərinə qarşı çıxaraq qiyam ediblər”.
Cənab Əhmədinejad əlavə etdi: “İmperialistlərin qurduğu dolaşıq planlara baxmayaraq, xalqlar oyanmaqda, peyğəmbərlərin göstərdiyi yola doğru istiqamətlənməkdədirlər. İslam Respublikası rejimi Allahın cəmiyyətdə hər cəhətdən gözəl bir hökumət bərqərar etmək dəvətini özündə əks etdirən güclü bir fəryaddır”.