İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransında iştirak etmək üçün gəlmiş qonaqlar və İslam mütəfəkkirləri ilə bugünkü görüşündə İslam dünyasında mövcud olan hazırkı şəraiti “olduqca həssas və tarixi bir period” adlandıraraq vurğuladı: “Bu həssas periodu düzgün dərk etmək, camaatın dinə imanını möhkəmləndirmək, vəhdəti qorumaq, Amerikanın ehtişamından qorxmamaq, Allahın möminlərə verdiyi qələbə vədinə optimist yanaşmaq bu gün İslam dünyasında milyonların həyata keçirdiyi misilsiz hərəkatın uğuru və qələbəsi üçün zəmin yarada bilər”.

Hal-hazırda İslam dünyasında mövcud olan vəziyyətin əhəmiyyətini izah edən Ali Məqamlı Rəhbər bunları dedi: “Yaşadığımız tarixi periodun əhəmiyyəti bundadır ki, düzgün dərk olunsa və istiqamətləndirilsə, İslam dünyasının problemlərini həll edəcək, düzgün qiymətləndirilməsə, lazımınca istifadə olunmasa, İslam dünyası üçün yeni-yeni problemlərin yaranmasına yol açacaq”.
Milyonlarla insanın hazırkı şəraitdə meydanlara çıxmasını “İslam dünyasında misilsiz bir hadisə” adlandıran Həzrət Ayətullah Xamenei dedi: “İran İslam İnqilabının qələbəsi də xalqın çoxmilyonlu iştirakının nəticəsi idi və belə bir möhtəşəm iştirak yalnız dinə iman sayəsində mümkün ola bilər”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, çoxmilyonlu iştirakla yanaşı, son nəticəni əldə edənə qədər meydanda qalmaq, habelə nəticəni qoruyub saxlamaq da digər iki mühüm amildir. O, əlavə etdi: “Düşmənlər Misirdə, Tunisdə və İslam dünyasının digər nöqtələrində baş qaldırmış xalq hərəkatlarını “qeyri-islami” hərəkatlar kimi qələmə verməyə çalışırlar. Halbuki bu xalq hərəkatları mütləq mənada islami xarakter daşıyır və gücləndirilməlidir”.
Amerikanı “İslam dünyasının əsas problemi” adlandıran Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İslam dünyasındakı bu problemi aradan qaldırmaq və Amerikanın nüfuzunu zəiflətmək lazımdır. Bunun yeganə yolu isə Allaha ümid etmək, Tanrının möminlərə verdiyi qələbə vədinə optimist yanaşmaqdır”.
“İslamın ilkin dövrlərindəki reallıqlar müsəlman ümmətinin bu günə qədər üzləşdiyi müxtəlif şəraitləri özündə əks etdirən, mürəkkəb və peşəkarcasına çəkilmiş bir mənzərədir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei müsəlmanların “Əhzab” döyüşündəki vəziyyətinə toxunaraq dedi: “Əhzab” döyüşündə müsəlmanlardan bir qrupu düşmənin gücündən qorxdu, bir qrupu isə Allahın qələbə vədinə nikbin yanaşaraq düşmənə qarşı müqavimət göstərdi. Eynilə bu gün də bəziləri Amerikanın ehtişamından, hərbi, diplomatik, təbliğat gücündən, maddi dəstəyindən qorxuya düşərək bu fikrə gəliblər ki, Amerikanın qarşısında durmaq mümkün deyil. Halbuki Allah-Taala dinə yardım edənlərə yardımçı olacağına qətiyyətlə söz verib”.
Amerikanın ötən illərə nisbətən zəiflədiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Allahın vədinə nikbin yanaşmağın nəticəsi müqavimət və irəliləyişdir. Halbuki Tanrıya pessimist yanaşmanın axırı düşmənin qarşısında qorxuya düşüb, təslim olmaqdır”.
Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının ötən 33 il ərzində əldə etdiyi böyük uğur və qələbələri “Allahın vədinə nikbin yanaşmanın nəticəsi” adlandıraraq vurğuladı: “İran xalqı iqtisadi blokadanı tapdalayıb keçməkdən, 8 illik Məcburi müharibədə qələbə çalmaqdan əlavə, hal-hazırda elm və texnologiya meydanında da diqqətəlayiq nailiyyətlər əldə edib ki, nüvə texnologiyası bunlara bir nümunədir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İranın elmi tərəqqisi, xüsusilə də nüvə texnologiyası sahəsində əldə olunmuş uğurlar gənc, imanlı və ixlaslı alimlərin zəhmətinin, elmi cihadının bəhrəsidir. O, əlavə etdi: “İran İslam Respublikası bütün təzyiqlərə baxmayaraq, nüvə enerjisi ilə bağlı problemləri həll edə və bu sahədə irəli gedə bilib”.
Ali Məqamlı Rəhbər həmçinin bunları da vurğuladı: “Qərbin qaldırdığı ajiatajın artıq heç bir təsiri yoxdur, çünki onlar İran İslam Respublikasından geridədirlər və vaxtın ötməsi də İranın xeyrinədir”.
İran İslam Respublikasının uğurlu təcrübəsinin bütün müsəlman ölkələri üçün nümunə olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün müdrik, bir müsəlman xalqı kimi parlaq keçmişi olan Misir xalqı meydanlara çıxıb. Ehtiyatlı olmaq lazımdır ki, düşmən xalqın hərəkatını düzgün istiqamətdən sapındıraraq Firon rejimindən asılı olan bir şəxsi Misirdə hakimiyyət başına gətirməsin”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Misirdə xalq hərəkatının düzgün istiqamətdə inkişaf etməsindən muğayat olmaq ilk növbədə xalqın, ruhani alimlərin, mütəfəkkirlərin və böyük şəxsiyyətlərin, daha sonra isə bütün İslam ümmətinin vəzifəsidir. O dedi: “Müsəlman xalqlarının biri-birinə qarşı məsuliyyət hiss etməsi islami vəhdətin ən mühüm təsiridir”.
Ali Məqamlı Rəhbər bildirdi ki, düşmənlərin qurduğu məkrli planlara müsəlmanlar arasına ixtilaf salınması, şiə-sünni məsələsinin ortaya atılması da daxildir və bu planlara qalib gəlmək lazımdır. O, əlavə etdi: “Bu gün İslam dünyasında baş qaldırmış hərəkat daha da irəli gedəcək. Biz Allahın vədinə inanırıq və əminik ki, Yaradan mömin insanlara yardım edəcək”.
Görüşün əvvəlində Omanın baş müftisi Əllamə Şeyx Əhməd Əlxili, İslam Dünyasının Universitetləri Birliyinin baş katibi Cəfər Əbdüssəlam, İordaniyanın keçmiş Mədəniyyət Naziri Munir Şəfiq, Misirdəki “Əxəvanül-muslimin” hərəkatının başçılarından olan Kamal Həlbavi, Tacikistan İslam Partiyasının baş katibi Məhyəddin Kəbiri, Suriyanın Vəqflər Nazirinin müşaviri Nəbil Süleyman, Sudanın Məşvərət Məclisinin sədri Əbdürrəhim Ömər, Livandakı Müsəlman Alimləri Cəmiyyətinin sədri Şeyx Əhmədüzzeyn, İraqın sünni alimlərindən olan Şeyx Xalid Mulla, Bosniyanın baş müftisi Şeyx Mustafa Səriç, Livandakı “Tovhid” hərəkatının sədri Şeyx Bilal Səid Şəban İslam dünyasının problemləri ilə bağlı rəy və görüşlərini ifadə etdilər. Adları sadalanan alim və mütəfəkkilər öz çıxışlarında müsəlmanlar arasında vəhdətin gücləndirilməsinin vacibliyini vurğulamaqla yanaşı, İslam dünyasındakı hazırkı şəraitin olduqca mühüm və tarixi əhəmiyyətli olduğunu dedilər. Onlar vurğuladılar ki, İslam dünyasında, xüsusilə də Misirdə və digər ölkələrdə baş qaldırmış xalq hərəkatları İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə qələbə çalmış İslam İnqilabının 30 ildən artıq bir müddət keçdikdən sonra – hal-hazırda aşkara çıxan inikasıdır.
İslam alimləri və mütəfəkkirləri həmçinin İran İslam Respublikasının İslam dünyasındakı roluna və mövqeyinə, İranın diqqətəlayiq tərəqqi və nailiyyətlərinə toxunaraq dedilər: “İslam dünyasında gedən hazırkı dəyişikliklər, sözsüz ki, İranın böyük qüdrəti ilə yanaşı duracaq yeni müsəlman qütblərinin formalaşması üçün zəmin yaradacaq və bu, qlobal siyasətdəki balansı dəyişəcək”.
Ümumdünya İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının sədri Ayətullah Təsxiri də öz çıxışında 24-cü İslami Vəhdət Konfransının keçirilməsinə toxunaraq dedi: “Konfransın gündəliyində duran məsələlərdən bir hissəsi İslam məzhəblərinin yaxınlaşdırılması üçün elmi və nəzəri strategiyaların, digər bir qismi isə İslam dünyasında gedən son dəyişikliklərin araşdırılmasına həsr olunub”.
O, əlavə etdi: “24-cü İslami Vəhdət Konfransında ölkənin müxtəlif yerlərindən və xaricdən gəlmiş 400 İslam mütəfəkkiri iştirak edir”.