İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hava Qüvvələrində və Hava Hücumundan Müdafiə Qərargahında xidmət edən komandir, zabit, pilot və digər kadrlardan böyük bir qrupu ilə bu gün baş tutan görüşündə qeyd etdi ki, İslam Respublikasının sarsılmazlığının, bu dövlətin başqa xalqlar üçün nümunəyə çevrilməsinin başlıca amili İran xalqının öz prinsip və dəyərləri, xüsusilə də İslam dini üzərində mətinliklə durması, mübarizə aparmasıdır. O vurğuladı: “Regionun bəzi ölkələrində xalqların həyata keçirdiyi əzəmətli hərəkat və müşahidə olunan islami oyanış, sözsüz ki, İran xalqının ötən 32 il ərzində apardığı böyük islami hərəkatın təsirinin nəticəsidir. İndi artıq super-dövlətlərin və dünyada ağalıq edən hegemon qüvvələrin dövranının tədricən sona çatmasının zamanıdır”.
Hərbi Hava Qüvvələrinin o dövrdə homafər adlanan dəstələrində xidmət edən hərbçilərin 1357-ci ilin 19 bəhmən günündə (1979-cu il 8 fevral) tarixi bir addım ataraq İmam Xomeyninin (r.ə) tərəfinə keçməsinin ildönümündə baş tutan bu görüşdə Ali Baş Komandan bu unudulmaz və şücaətli addımın iki mühüm hadisə üçün zəmin yaratdığını deyərək əlavə etdi: “Yeni mahiyyətli bir ordunun təqdim olunması və İslam Respublikası Ordusunun mahiyyətinin formalaşdırılması Hərbi Hava Qüvvələrinin homafər dəstəsində xidmət edən zabitlərin 1357-ci il 19 bəhmən günündə atdığı addımın nəticələrindən biridir”.
Həzrət Ayətullah Xamenei yeni bir cərəyanın formalaşmasını bu tarixi hadisənin ikinci nəticəsi adlandıraraq dedi: “Şübhəsiz ki, 1357-ci ilin 19 bəhmən günündə, İmam Xomeyninin (r.ə) qarşısında baş verən hadisə İran xalqında yeni bir əhval-ruhiyyə və canlanma yaratdı və 1357-ci ilin 22 bəhmən (1979-cu il 11 fevral) günündə o möhtəşəm hadisənin gerçəkləşməsinə böyük təsir etdi”.
Ali Baş Komandan Hərbi Hava Qüvvələrinin zabitlərinin 1357-ci il 19 bəhmən günündə atdığı addımın ölkənin nicatı üçün zəmin yaratdığını deyərək əlavə etdi: “Zəngin tarixi və mədəni keçmişi, saysız-hesabsız resursları olan böyük İran ölkəsi İslam İnqilabından öncə hegemon dövlətlərin əsarətində, təhqir olunmuş bir vəziyyətdə idi. Xalqın 22 bəhmən günündə gerçəkləşdirdiyi hərəkat və İslam İnqilabının qələbəsi bu kabusa son qoydu”.
Ali Məqamlı Rəhbər bildirdi ki, 32 il ötdükdən sonra İslam İnqilabının ən mühüm və diqqətəlayiq xüsusiyyəti İran xalqının öz prinsip və dəyərləri üzərində mətin durması, mübarizə aparmasıdır. O vurğuladı: “Bu dəyərlər içərisində ən əhəmiyyətlisi İslam dinidir ki, onu daim qorumaq, üstündə möhkəm durmaq lazımdır. Çünki müstəqillik, azadlıq, maddi tərəqqi, milli birlik, istedad və potensialların çiçəklənməsi – bütün bunlar İslama bağlıdır”.
İmam Xomeyninin (r.ə) İslam Respublikası quruluşunun əhəmiyyətini dəfələrlə vurğuladığını xatırladan Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Respublikanın mənası xalqa arxalanmaqdır və kütlədə iman hissi olmadan, İslamın hakimiyyətinin bərqərar edilməsi mümkün deyil. Odur ki İslam Respublikası inqilabın başlıca dayağı və prinsipi olaraq, qorunub saxlanmalıdır”.
Ali Baş Komandan müxtəlif sferalarda müvəffəqiyyət əldə etmək üçün İslam Respublikasının həqiqi və dolğun anlamına yaxınlaşmaq lazım olduğunu deyərək vurğuladı: “Arzu etdiyimiz, həqiqi İslam Respublikasına və İslam dövlətinə yetişmək üçün daha artıq əzm, təşəbbüs və əməyə ehtiyac var. Bu ilin məhz həmin şüarla adlandırıldığına diqqət yetirsək, deyə bilərik ki, rəsmilərimizin fəaliyyətində və gördükləri işlərdə daha artıq əzm və təşəbbüsün nəticələri müşahidə olunur”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı ki, maddi və mənəvi sferalarda tərəqqiyə nail olmuş İslam Respublikasının gerçəkləşməsi İran xalqının başqa xalqlara örnək olması üçün zəmin yaradır. O, əlavə etdi: “İran xalqı geridə qoyduğu 32 ildə İslam dininin və İslam dövlətinin üzərində mətin və mübariz durması, habelə bu zaman çərçivəsində əldə etdiyi diqqətəlayiq nailiyyətlər sayəsində xalqlar üçün nümunəyə çevrilib”.
Bəzi ölkələrdə xalqların möhtəşəm hərəkata başladığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu hərəkatlar qəflətən ortaya çıxmır. Bunlar insanların uzun zaman ərzində yığılıb qalmış və hal-hazırda özünə büruzə verən arzularının, dərk etdikləri reallıqların nəticəsidir. Bu hərəkatların meydana gəlməsində İran xalqının müqaviməti, sözsüz ki, önəmli rol oynamışdır”.
Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Bu gün artıq İslam dünyasında və Orta Şərqdə xalqlar oyanıb, super-güclərin dövranının, hegemon qüvvələrin ağalığının yavaş-yavaş sona çatmasının zamanı yetişib”.
Həzrət Ayətullah Xamenei dedi: “İran xalqı işğalçılara və hegemonlara qarşı mübarizədə, onlara müqavimət göstərməkdə daim öndə gəlib. Bu şərəf İran və İslam mədəniyyəti kimi böyük bir potensialın xalqın düşüncəsi, ruhu və canı ilə çulğaşmasının bərəkətli nəticəsidir”.
İran xalqının strateji statusuna diqqət yetirməyin, tərəqqi və yüksəliş yolunu davam etdirməyin vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər bunları vurğuladı: “Bu yolda irəliləyişə əngəl olan hər bir şeydən çəkinmək lazımdır. Şübhəsiz, bu kimi əngəllərdən biri dəyərlərə etinasızlıqdır. Buna görə də İslamın və inqilabın dəyərləri daim vurğulanmalıdır”.
Ali Məqamlı Rəhbər bildirdi ki, İran xalqının və dövlət rəsmilərinin sıx birləşmiş sıralarında tərəddüd və ikitirəliyin yaranması tərəqqi yolunda maneə olan, habelə düşmənin soyuq müharibədə qarşıya məqsəd qoyduğu məsələlərdən biridir. O dedi: “Xalq içərisində, dövlət rəsmiləri ilə hökumətin müxtəlif qolları, hökumətlə xalq arasında ixtilaf və təfriqə yaratmaq düşmənin ölkədə mövcud olan birlik və həmrəyliyi pozmaq məqsədilə qarşıya qoyduğu başlıca hədəfdir və onun istənilən formaları ilə mübarizə aparmaq lazımdır. Mübarizənin yeganə yolu isə gözüaçıqlığı qoruyub saxlamaq və gücləndirmək, İran xalqının hazırkı statusunun nə qədər strateji və əhəmiyyətli olduğuna diqqət yetirməkdir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Gözüaçıq olmaq, ikitirəlikdən çəkinərək İran xalqının effektiv statusunu qoruyub saxlamaq lazımdır”.
Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei Hərbi Hava Qüvvələrinin ehtiyat detalların istehsalı, modelləşdirmə, təhsil və təşkilatçılıq sahələrində əldə etdiyi yenilik və nailiyyətlərin olduqca əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edərək dedi: “Bu dinamik irəliləyişi durmadan, yüksələn xətt üzrə davam etdirmək, tərəqqinin heç bir səviyyəsi ilə qane olmamaq lazımdır”.
Bu mübarək hərəkatın davam etdirilməsi üçün imanlı, əzmkar kadrlara, gənclərə söykənmək lazım olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Allaha təvəkkül etmək, gənclərin gücünə, intellektinə, yaradıcı fəaliyyətinə və özünəinamına arxalanmaq hər bir sahədə möcüzələr yarada bilər”.
Sonda Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İmkanların məhdudluğu irəliləyiş və tərəqqiyə mane olmamalıdır. Əksinə, istənilən şəraitdə öz bacarıq və potensialına uyğun olaraq, məhdudiyyət və çatışmazlıqlara qalib gəlmək lazımdır”.
Görüş əsnasında İslam Respublikası Ordusunun Hava Qüvvələrinin Komandanı briqada generalı Şahsəfi Hərbi hava Qüvvələrinin humafər dəstələrində xidmət edən zabitlərin 19 bəhmən 1357-ci ildə atdığı tarixi addımı ehtiramla yad edərək bu şücaətli hərəkətin HHQ-nin dini hökumətə sədaqət və bağlılığının nişanəsi olduğunu bildirdi. O dedi: “Hərbi Hava Qüvvələrində xidmət edən kadrlar müxtəlif etaplarda, o cümlədən Müqəddəs Müdafiə illərində iman və gözüaçıqlıqla İran İslam İnqilabını müdafiə etmişlər”.
Briqada generalı Şahsəfi HHQ-nin həyata keçirdiyi tədbirlər sırasında ehtiyat detalların istehsalı, müxtəlif raketlərin layihələndirilməsi və konstruksiyası, modelləşdirmə, hava radarları və s. sahələrdəki sürətli irəliləyişi qeyd etdi. O, əlavə etdi: “Tam məxfi rabitə şəbəkəsindən istifadə, bütün bazaların eyni vaxtda və bütünlüklə komandanlığa tabe edilməsi imkanı, uzaq məsafələrə taktiki uçuşların həyata keçirilməsi, müxtəlif növlü təyyarələrin istifadə müddətinin uzadılması və modifikasiyası, elektron müharibə vasitələrinin istehsalı və istifadəsi HHQ-nin gördüyü digər işlər sırasındadır”.

Materialdan
istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!