Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Şəhid Zeynəddin qardaşlarının atası Hacı Əbdülrəzzaq Zeynəddinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid Zeynəddin qardaşlarının atası Hacı Əbdülrəzzaq Zeynəddinin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verdi.

Başsağlığı müraciətinin tam mətni:

Aliməqam şəhidlərin atası, cənab Hacı Əbdülrəzzaq Zeynəddinin vəfatı ilə əlaqədar, mərhumun möhtərəm ailə üzvlərinə, xüsusilə də o şəhidlərin fədakar anasına, habelə bütün dostlarına, sevənlərinə və döyüş yoldaşlarına başsağlığı verirəm.      

Bu azadə və mömin insan cürbəcür sınaqlardan səbir və başucalığı ilə çıxıb və inşallah, hal-hazırda Allaha qovuşaraq saysız-hesabsız ilahi mükafatlardan bəhrələnməkdədir. Uca Yaradandan o mərhumun ruhuna ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei

14 Bəhmən 1389  



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /