Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi

Şəhidlər ağası İmam Hüseynin (ə) və silahdaşlarının şəhadətinin 40-cı günündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və ölkənin müxtəlif universitetlərini təmsil edən tələbə heyətlərinin iştirakı ilə əzadarlıq mərasimi keçirildi, hüseyniyə başdan-başa İmama ə) arşı böyük sevgi və emosiyalarla dolub-daşdı.         

Universitet tələbələri və müəllimlərinin bugünkü əzadarlıq mərasimində əvvəlcə İmam Hüseyn (ə) məktəbinin bəşəriyyətə verdiyi maarifləndirici dərslər haqqında danışıldı, daha sonra isə Əhli-Beyt (ə) məddahları, habelə mərasimdə iştirak edən əzadarlar mərsiyələr oxuyub sinə vurdular, Kərbəladan aparılan əsirlər karvanının və Həzrət Zeynəbin (s.ə) müsibətinə göz yaşı axıdaraq yas tutdular.



Materialdan istifadə edərkən
WWW.LEADER.İR saytına istinad zəruridir

700 /