İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cümə axşamı gecəsi şəhid professorlar Məcid Şəhriyari və Məsud Əliməhəmmədinin evlərində oldu. Şəhidlərin ailə üzvləri ilə səmimi və mehriban bir atmosferdə görüşüb söhbətləşən Ali Məqamlı Rəhbər “elm və din şəhidlərinin” yaxınları və övladlarının böyük səbir və dözüm nümayiş etdirməsini yüksək qiymətləndirdiyini dedi.
Şəhid olmuş professorlardan hər birinin ailə üzləri ilə ayrılıqda görüşən Ali Məqamlı Rəhbər onların Uca Yaradanın dərgahında yüksək məqam və dərəcələrə yetişdiyini qeyd edərək dedi: “Bu görkəmli alimlərin ali və müqəddəs amallar uğrunda şəhid olması ölkəyə, İslam İnqilabına, İran xalqına və İran İslam Respublikasının elmi ictimaiyyətinə nüfuz qazandırdı. Onlar bu şəhadətlə mənəvi dəyərlərin ən uca məqamına nail oldular”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu görkəmli alimlərin İslamın və İslam Respublikasının düşmənləri tərəfindən şəhid edilməsi ölkədə elmin inkişafının, elmi zirvələrin zəhmətkeş və nurani alimlərin əli ilə get-gedə göylərə ucalmasının nişanəsidir.
Ali Məqamlı Rəhbər şəhid ailələrinin səbir və dözümlülüyünü “ölkə üçün böyük iftixar mənbəyi” adlandıraraq əlavə etdi: “Nahaq tökülən bu qanlar və alınan canlar üçün ən böyük təsəlli ilahi əcr və mükafatdır. Eyni zamanda xalqın, KİV-in qədirdanlığı və verdiyi dəyər bu kədər dolu, ağır hadisəyə tab gətirmək üçün daha bir təsəllidir. Sizin bu səbriniz və dözümünüz ilahi rəhmətin cəlb edilməsinə səbəb olacaqdır.
Ali Məqamlı Rəhbər şəhid olmuş iki professorun ailə üzvlərinə belə bir tövsiyə etdi: “Onların mənəvi və elmi yolunu davam etdirin, bu məmləkətin gənclərini doğru yola istiqamətləndirən nurlu bir çıraq olun”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir