İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qətər dövlətinin əmiri Şeyx Həməd İbn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə regionda, xüsusilə də Fars körfəzi regionunda təhlükəsizliyin əhəmiyyətinə toxunaraq vurğuladı: “Fars körfəzi regionunda təhlükəsizliyin əhəmiyyətini təkcə bu və ya digər dövlətə aid etmək olmaz, çünki regionda təhlükəsizliyin bərqərar edilməsi oradakı bütün ölkələrin xeyrinə, pozulması isə hamısının zərərinə olacaq”. Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
İslam İnqilabının Rəhbəri İran İslam Respublikası ilə Qətər dövləti arasındakı münasibətləri “müsbət” kimi qiymətləndirərək qeyd etdi: “Bu əlaqələr hər iki ölkənin və regionun mənafeyinə uyğun olduğuna görə, günü-gündən daha da genişləndirilməlidir”.
Həzrət Ayətullah Xamenei Fars körfəzində təhlükəsizliyin yüksək əhəmiyyətinə önəm verməyən bəzi region ölkələrini qınadığını bildirərək əlavə etdi: “Təəssüf ki, Amerika və sionistlər də bu ölkələrin ideyalarına, onların regionda təhlükəsizliyin əhəmiyyətinə qarşı diqqətsizliyinə təkan verirlər”.
Ali Məqamlı Rəhbər həmçinin regionda yaşayan sünni və şiələr arasında birliyi də “olduqca əhəmiyyətli bir məsələ” adlandıraraq vurğuladı: “Məntəqəki şiə və sünnilər uzun illər boyu səmimi və mehriban şəraitdə, birgə yaşamışlar. Lakin müəyyən qüvvələr bu səmimi atmosferi yox etməyə, şiə və sünnilər arasındakı bəzi ideoloji ixtilafları sosial konfliktə çevirməyə çalışırlar”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, hər iki tərəfdə fanatik və muzdur insanlar var və bu məsələ həm ideologiya, həm də təhlükəsizlik baxımından nəzarət altında saxlanmalıdır”.
Həzrət Ayətullah Xamenei Qətər əmirinin Livandakı həssas şərait və Rəfiq Həririnin terroru ilə bağlı məhkəmə qərarının çıxarılması ehtimalı barədə qeyd etdiyi fikirlərə toxunaraq dedi: “Bu, sifarişli bir məhkəmədir və çıxaracağı istənilən hökm qəbuledilməzdir. Ümid edirik, Livandakı nüfuzlu və aidiyyətli şəxslər ağıl və müdriklik əsasında davranacaqlar ki, bu məsələ problemə çevrilməsin”.
Həzrət Ayətullah Xamenei Livan üçün hazırlanan məkrli planın heç bir nəticə verməyəcəyini vurğulayaraq əlavə etdi: “Biz regoionda vəziyyətin yaxşılaşacağına ümid edirik”.
Ölkə başçısı Mahmud Əhmədinejadın da iştirak etdiyi bu görüşdə Qətər dövlətinin əmiri Şeyx Həməd İbn Xəlifə Ali-Sani İran və Qətər arasındakı olduqca gözəl əlaqələrə toxunaraq onları “region ölkələri üçün örnək və nümunə” adlandırdı. O dedi: “İki ölkənin siyasi mövqeyi daim biri-birinə yaxın olmuşdur. Ümidvarıq ki, iki ölkələrimiz arasında digər sferalarda da münasibətlər əvvəlkinə nisbətən daha da möhkəmlənəcək”.
Regionda təhlükəziliyin, habelə şiə və sünnilər arasında birliyin bərqərar edilməsini “iki olduqca mühüm məsələ” adlandıran Qətər əmiri Livandakı vəziyyətə toxunaraq dedi: “Bəzi qüvvələr Livanda yeni bir intriqa yaratmaq niyyətindədirlər və biz region ölkələrinin yardımı ilə bu intriqanın qarşısını almağa, regionun mənafeyinin qorunmasına çalışırıq”.