Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş əzadarlıq mərasimində iştirak etdi

Aşura gecəsində – Hüseynin (ə), habelə onun ilahi mərifət sahibi olan ixlaslı silahdaşlarının şəhadət gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Əba-Əbdillah Hüseynə (ə) həsr edilmiş təntənəli əzadarlıq mərasimi keçirildi.

Dövlət rəsmilərinin və bir sıra yüksək vəzifəli məmurların da iştirak etdiyi bu mərasimdə Aşura qiyamının müxtəlif aspektləri haqqında danışıldı, daha sonra pak və məsum Peyğəmbər (s) Əhli-Beytinin (ə) məddahları Kərbəla karvanının sarvanı İmam Hüseynin (ə) müsibətini anan mərsiyələr oxudular.

Xatırladaq ki, məhərrəm ayının 7-si – bazar ertəsi günündən etibarən qeyd olunan bu mərasim məhərrəm ayının 11-i – cümə gününə qədər davam edəcək.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /