Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hərbi Dəniz Donanması strateji hərbi qüvvədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Donanmasının komandanı və komandanlığın müavinləri ilə görüşdə bildirdi ki, kadr potensialının gücləndirilməsi, donanmanın şəxsi heyətinə istedadlı kadrların cəlb edilməsi əhval-ruhiyyəsi və irəli sürülən təşəbbüslərin araya-ərsəyə gətirilməsi Hərbi Dəniz Donanmasının gələcəyi üçün vacibdir. O dedi: “Bu mühüm iş güclü iradə, müsbət planlaşdırma, daimi və yeni metodlu idarəçilik sayəsində reallaşa bilər”.

Ölkədə Hərbi Dəniz Donanması günü kimi qeyd olunan 7-si azər tarixini böyük ehtiramla xatırladan Ali Baş Komandan Hərbi Dəniz Donanmasını “strateji hərbi qüvvə” adlandırdı. O, əlavə etdi: “Beynəlxalq aləmdə hazırda cərəyan edən məsələləri və dünyanın bugünkü siyasi-coğrafi mövqeyini nəzərə alsaq, suda və quruda əlimizdən gəldiyi qədər güclənməyə çalışmalıyıq”.

Sonda Həzrət Ayətullah Xamenei Hərbi Dəniz Donanmasının şəxsi heyətinin döyüş bacarığı, əhval-ruhiyyəsi və hazırlığının yüksək səviyyədə və inqilabi ruhda olduğunu deyərək Ordunun və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanmaları arasındakı sıx əməkdaşlığın təqdirəlayiq olduğunu bildirdi.

Görüşün əvvəlində Ordunun Hərbi Dəniz Donanmasının komandanı admiral Səyyari  Hərbi Dəniz Donanmasının strateji planının işlənib hazırlandığını və sözügedən hərbi qüvvələrdə modern texnologiyalardan istifadə olunduğunu qeyd etdi. Admiral Səyyari İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Donanmasının döyüş bacarığı və maneə yaratma qabiliyyəti haqda hesabat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /