Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Qum şəhərində yaşayan üç şəhid ailəsi ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müqəddəs Qum şəhərinə səfərinin sonuncu gecəsində şəhid Fatimi, Uqəlayi və Karkubzadənin mənzillərinə gedib, ailələrinə baş çəkdi.

Şəhid ailələrinin hər biri ilə səmimi və mehriban atmosferdə söhbət edən Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə savaşında həlak olmuş şəhidlərin rəşadət və fədakarlığının, onların ailə üzvlərinin səbir və uzaqgörənliyinin təqdirə və tərifə layiq olduğunu dedi.

Həzrət Ayətullah Xamenei müqəddəs Qum şəhərinə 10 günlük səfəri çərçivəsində xalqın müxtəlif təbəqələrinin nümayəndələri, böyük mərcə-təqlidlər, din alimləri, Elmi-teoloji Mərkəzdə və universitetlərdə təhsil alan tələbələr, ruhanilər, bəsicilər, əlil və veteranlar, habelə Qum vilayətinin rəsmiləri ilə görüşdükdən sonra, bu gün səfərini başa vuraraq paytaxt Tehrana döndü.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /