Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin nümayəndələri

Qum vilayətinin müxtəlif məntəqələrinə baş çəkdilər

Həzrət Ayətullah Xameneinin Qum vilayətinə səfəri çərçivəsində Höccətül-İslam vəl-muslimin Rəsuli Məhəllati Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində vilayətin müxtəlif məntəqələrini ziyarət edərək Rəhbərin salamını orada yaşayan mömin, səmimi və mehriban sakinlərə çatdırdı.

Cəfəriyyə, Kəhək, Hacıabad, Dəstcerd və Sələfçiqan məntəqələrinə baş çəkən Höccətül-İslam vəl-muslimin Rəsuli Məhəllati hər bir məntəqədəki şəhidlər xiyabanını ziyarət etmək, xalqın müxtəlif təbəqələrinin nümayəndələri və vəzifəli şəxslərlə görüşməklə yanaşı, oranın problem və qayğıları ilə də maraqlandı.

Höccətül-İslam vəl-muslimin Rəhimiyan da Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində Qum vilayətindəki Veteranlar, Əlillər və Ahıllar Evinə gələrək oranın sakinləri ilə görüşüb hal-əhval tutdu.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /