Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

İmam Xomeyni (r.ə) adına Təhsil-tədqiqat Müəssisəsinin rəhbəri və elmi şuralarının üzvləri ilə görüşdü

Bu gün günorta İmam Xomeyni (r.ə) adına Təhsil-tədqiqat Müəssisəsinin rəhbəri, məsul işçiləri və müəssisədə fəaliyyət göstərən elmi şuraların üzvləri Qum şəhərində Ali Məqamlı Rəhbərlə görüşdülər.

Görüş əsnasında Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r.ə) adına Təhsil-tədqiqat Müəssisəsinin göstərdiyi dərin səy və təşəbbüslərdən məmnun olduğunu bildirərək əlavə etdi: “Bu dəyərli, hərtərəfli və mükəmməl müəssisə yorulmaq bilmədən, davamlı şəkildə, ixlas və müdrikliklə çalışmaqda Elmi-teoloji Mərkəzə nümunə ola bilər”.       

Ayətullah Misbah Yəzdinin hikmət, ixlas və təqva kimi keyfiyyətlərini yüksək dəyərləndirən Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu kamil xüsusiyyətlərin hər hansı bir müəssisənin rəhbərində cəmlənməsi, sözsüz ki, orada Allahın xeyir-bərəkətinin artmasına səbəb olacaq bir amildir. Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu müəssisəsinin göstərdiyi səy və xidmətlər haqda ictimaiyyətə düzgün informasiya verilməlidir”.

Görüşün əvvəlində İmam Xomeyni (r.ə) adına Təhsil-tədqiqat Müəssisəsinin rəhbəri Ayətullah Misbah Yəzdi müəssisənin fəaliyyəti haqda qısaca məlumat verdi.

İmam Xomeyni (r.ə) adına Təhsil-tədqiqat Müəssisəsinin direktor müavini Höccətül-İslam Rəcəbi də müəssisənin müxtəlif sahələr üzrə işləyib hazırladığı layihə və proqramlar, gördüyü işlər barədə məlumat verdi.      


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /