Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Qum Elmi-teoloji Mərkəzinin elmi-tədqiqat sahəsindəki nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra 3 saatdan artıq müddətdə Qum vilayətində fəaliyyət göstərən 70-dən çox islami tədqiqat mərkəzi və müəssisəsinin elmi-tədqiqat əsərlərini əks etdirən sərgiyə baxış keçirdi.

“Mişkah” adlı bu sərgidə islami tədqiqat mərkəzləri və müəssisələri müxtəlif tədqiqat əsərlərini və məqalələri, magistratura və doktoranturada təhsil alan tələbələrin buraxılış işlərini, teoloji tədqiqatları və İslam elmləri mövzusunda seçilmiş kompüter proqramlarını 60 bölmədə nümayiş etdirdilər.

Sərgidə nümayiş olunan elmi əsər və məqalələrin bir qismi gənc nəslin din və Quranla bağlı suallarının cavablandırılmasına, gənclərin əsl dini bilgilərlə tanışlığına həsr olunmuşdu.

Sərgidə nümayiş olunan elmi əsərlər arasında İslam əxlaqının elmi-praktik əsasları mövzusunda tədqiqat işi, Qurani-Kərimin təfsiri, xüsusilə də gənclər üçün tematik təfsirlə bağlı tədqiqat layihələri, dini anlayış və bilgilərlə tanışlıq, dualar, rasional elmlər mövzusunda bəhslər toplusu, şiəliyin düzgün formada təqdimatına həsr edilmiş xüsusi məqalə və tədqiqat işləri, hədislərin araşdırılması, mehdiçilik və gənclərin ideologiya və etiqadla bağlı ehtiyaclarının təmin edilməsinə həsr edilmiş elmi əsərlər və məqalələr, İslam elmləri ilə bağlı tədqiqat əsərləri, əhkam və Quran elmlərinə aid müxtəlif mövzularla bağlı araşdırmalar, bürclər və astronomiya ilə bağlı tədqiqat işləri və araşdırmalar, “Nəhcül-Bəlağə”yə həsr edilmiş tədqiqat əsərləri və məqalələr yer alırdı.

Sərgidə mərhum Ayətullah Mərəşi Nəcəfinin kitabxanasının müxtəlif şöbələri, Elmi Araşdırmalar və Şübhələrin Cavablandırılması Mərkəzi, Elmi-teoloji Mərkəzin nəzdində fəaliyyət göstərən elmi cəmiyyətlər və ixtisaslaşmış kitabxanalar da öz elmi-tədqiqat əsərlərini nümayiş etdirirdilər.     

Sərgidə “Elmi-teoloji Mərkəzin informasiya texnologiyaları” adı altında mərkəzin araya-ərsəyə gətirdiyi seçilmiş kompüter proqramları, xüsusilə də dini mövzulu kitabları ehtiva edən, geniş axtarış sisteminə malik elektron kitabxana da təqdim olundu.      

Artıq məğrib azanı yaxınlaşdığına görə, Həzrət Ayətullah Xameneinin imamətliyi ilə camaat namazı qılındı, daha sonra Ali Məqamlı Rəhbər sərgiyə baxışı davam etdirdi. 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /