Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Ayətullah Hacı Seyid Həsən Tahiri Xorrəmabadiyə başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei övladının ölümü ilə əlaqədar olaraq, Ayətullah Hacı Seyid Həsən Tahiri Xorrəmabadiyə müraciət edərək başsağlığı verdi.

Müraciətin tam mətni:

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Ayətullah Hacı Seyid Həsən Tahiri Xorrəmabadi,

Sevimli övladınızın kədərli və təəssüfləndirici vəfatı ilə əlaqədar Sizə səmimi-qəlbdən başsağlığı verir, hikmət və mərhəmət sahibi olan Allahdan cənabınızın, mərhumun möhtərəm anasının və digər yaxınlarının qəlbinə səbir və rahatlıq nazil etməsini diləyirəm.

Ümidvaram ki, Tanrının səbir edənlərə verdiyi gözəl müjdə sizə də şamil olunar, inşallah!

Seyid Əli Xamenei
22 oktyabr, 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /