İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mindən çox gənc elm xadimi ilə bugünkü görüşündə elm, texnologiya və gənc elm xadimlərinin yetişdirilməsi sahəsinə investisiya qoyuluşunu ölkənin uğurlu inkişaf proqramlarında başlıca əhəmiyyət daşıyan prioritet məsələlərdən biri adlandırdı. Ali Məqamlı Rəhbər qeyd etdi ki, ölkənin ehtiyac duyduğu elm sahələrinin tam bir sistemdə, biri-biri ilə sıx əlaqəli şəkildə birləşməsi vacib, eyni zamanda bütün elm sahələrində tükənmək bilməyən dinamiklik və inkişaf üçün zəmin yaradacaq bir məsələdir.
Bu gün səhər baş tutan bu görüşdə Ali Məqamlı Rəhbər strateji nöqteyi-nəzərdən elmi ölkənin maddi və mənəvi qüdrətinin dayağı hesab etdiyini bildirərək qeyd etdi: “Ölkənin müxtəlif elm sahələrində uzun illər boyu, zorla düçar edildiyi geriliyi aradan qaldırmaq üçün hər bir şərəfli iranlının, bütün rəsmi şəxslərin, görkəmli elm xadimlərinin, tələbə və müəllimlərin ciddi şəkildə, durmadan və sürətli bir templə çalışmasına ehtiyac var”.
Həzrət Ayətullah Xamenei ölkənin son 10 il ərzində əldə etdiyi parlaq nailiyyətlərin iranlı gənclərin coşub-daşan istedadından xəbər verdiyini və gələcəyə olan ümidləri artırdığını deyərək əlavə etdi: “Bircə anı belə əldən qaçırmadan, ümidlə öz bacarığımıza arxalanmalı, ölkənin elmi inkişaf tempini ciddi şəkildə və vicdanla çalışaraq sürətləndirməliyik”.
Ali Məqamlı Rəhbər İran alimlərinin nüvə və nano texnologiyaları, kök hüceyrələri, ekologiya texnologiyası və digər sahələrdə əldə etdiyi iftixar doğuran elmi nailiyyətlərə toxunaraq əlavə etdi: “Bu tərəqqini daha da mükəmməlləşdirmək və bütün sahələr üzrə genişləndirmək üçün bütöv və möhkəm bir elmi sistem yaratmalıyıq”.
Ali Məqamlı Rəhbər bildirdi ki, ölkənin ehtiyac duyduğu elm sahələrini özündə birləşdirəcək bütöv bir sistemin qurulması müxtəlif elm sahələri arasında səmərəli əməkdaşlığa və qarşılıqlı inkişaf tempinin sürətlənməsinə təkan verə bilər. O, əlavə etdi: “Ayrı-ayrı sahələrdə mərhələli surətdə müşahidə olunan, konkret şəxslərin və qrupların adı ilə bağlı olan elmi tərəqqini digər sahələrə də yaymalı, bütün sferaları əhatə edəcək ümumi və sona çatmaq bilməyən bir elmi-texnoloji inkişaf cərəyanı yaratmalıyıq”.
Bu olduqca əhəmiyyətli məqsədə çatmaq üçün elm yolunda durmadan səy göstərilməsinə və “əsl elmi cihadın həyata keçirilməsinə”, habelə görkəmli elm xadimlərinə xüsusi diqqət ayrılmasına ehtiyac olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Universitetlər gənc və istedadlı elm xadimlərinin “ərsəyə gəldiyi, üzə çıxarıldığı və yetişdirildiyi” bir ortam hesab olunurlar və məhz bu baxımdan Görkəmli Elm Xadimləri Fondu, universitet rektorları və ali təhsil sahəsinə aidiyyəti olan qurumların rəsmiləri universitetlərə xüsusi qayğı və diqqətlə yanaşmalıdırlar”.
“Görkəmli elm xadimlərinə dəstək olmaqda ən mühüm məsələ onların fəaliyyəti üçün texniki təchizat və proqram təminatı baxımdan münasib imkan və şərait yaratmaqdır” – deyən Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Elm xadimləri gecə-gündüz ölkənin inkişafı uğrunda çalışıb-vuruşur, tədqiqat aparırlar. Onların fəaliyyəti üçün münasib şərait yaratmaq lazımdır”.
“Vahid elmi inkişaf planı”nın ölkənin elmi ehtiyaclarının önəmli bir hissəsini müəyyən etdiyini deyən Ali Məqamlı Rəhbər görkəmli elm xadimlərinin məhz bu ehtiyacların təmin edilməsi istiqamətində çalışmalı olduqlarını vurğulayaraq əlavə etdi: “Elm xadimlərimizin cəsarətini, əzm və təşəbbüskarlığını, özünəinamını və yüksək hədəflərə doğru can atdığını göstərən işlər, həqiqətən, gözəl və təqdirəlayiqdir”.
Görüş əsnasında Həzrət Ayətullah Xamenei ölkənin ehtiyac duyduğu elm sahələrini özündə birləşdirəcək vahid sistemin qurulmasını vurğulamaqla yanaşı digər bir önəmli məsələni – düşüncə və ideyaların ticarət məhsullarına çevrilməsini reallaşdıracaq zəncirvarı bir sistemin yaradılması təklifini də irəli sürdü.
Ali Məqamlı Rəhbər sözügedən məsələ ilə bağlı bunları dedi: “Elə bir sistem qurmaq lazımdır ki, onun tərkibində görkəmli elm xadimlərinin ideyaları elmi mərkəzlərə ötürülsün, həmin ideyalar elmi baxımdan işlənib təkmilləşdirildikdən sonra sənaye və texnologiya sahəsindəki mütəxəssislərimizin ciddi əməyi sayəsində sənaye və qeyri-sənaye məhsullarına çevrilsin, aidiyyəti olan qurumlar isə bu məhsulların istehsalı və kommersializasiyası üçün şərait yaratsınlar”.
Ali Məqamlı Rəhbər kommersializasiyanın mühüm olduğunu bildirərək dedi: “Elm və sənayedəki tapıntılar düzgün formada istehsal olunmuş maddi sərvətlərə çevrilməlidirlər. Aidiyyətli orqanların rəsmiləri isə elmi-sənaye layihələrinə start verildiyi andan məhsulun realizasiyası haqda düşünməlidirlər”.
Elm xadimlərindən birinin elm və texnologiya sahəsində yeni tipli fəal şirkətlərin yaradılması ilə bağlı təklifini “səmərəli bir təklif” adlandıran Həzrət Ayətullah Xamenei hökumətə bu tip şirkətlərin fəaliyyətinə xüsusilə dəstək olmaq üçün lazımi administrativ tədbirlər həyata keçirməyi tövsiyə etdi.
Hər universitetdə ən azı bir tədqiqat mərkəzinin yaradılmasını “vacib bir iş” adlandıran, bunun elmin inkişafı, habelə elm xadimlərinin daha geniş fəaliyyəti üçün müsbət zəmin yaradacağını deyən Ali Məqamlı Rəhbər bunları əlavə da əlavə etdi: “Həmin tədqiqat mərkəzlərində təqaüdə çıxmış professorlardan istifadə edilməsi isə bu mərkəzlərin yeni nəsil elm xadimləri ilə yaşlı və təcrübəli müəllimlər arasında birləşdirici halqa rolunu oynaması üçün şərait yarada bilər”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, dövlətin son illər ərzində görkəmli elm və mədəniyyət xadimlərinə dəstək olmaq üçün gördüyü tədbirlər və ümumiyyətlə, ölkədə “görkəmli xadimlər” məsələsinə xüsusi diqqət yetirilməsi müsbət və təqdirəlayiq bir faktdır. Bu sahədə daha çox səy göstərmək lazım olduğunu deyən Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “Elə etmək lazımdır ki, ölkədə geniş yayılmış bürokratik əngəllər etdikləri xidmətlərin şirinliyini və gözəlliyini duymaqda görkəmli elm və mədəniyyət xadimlərinə mane olmasın”.
Elmi işlərə qoyulan investisiyanın hansı nəticələr verdiyinə daim nəzarət etməyin vacib olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Qonşu ölkələrdə və digər müsəlman dövlətlərində həyata keçirilən elmi işləri və əldə olunan nailiyyətləri də daim izləmək, elmi fəaliyyətdə, hazırlanan proqramlarda onları nəzərə almaq lazımdır”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dövlətinin elmin əhəmiyyətini daim ciddiyyətlə vurğulayaraq önə çəkməsi “dəqiq müşahidə və qiymətləndirmələrə, dərindən düşünülmüş bir prinsipə” əsaslanır. O dedi: “Biz elmin və elmi tərəqqinin əhəmiyyətini formallıq, gəlişigözəl ifadələr, ötəri və yalançı emosiyalar xətrinə daim vurğulamırıq. Çünki dəqiq müşahidə və qiymətləndirmələr göstərir ki, hər bir ölkənin gerçək maddi və mənəvi qüdrətinin əsasında elm və bilik durur. Elmi rəqabətdə geri qalan hər bir xalq başqalarından asılı olmağa məcburdur”.
Elmi tərəqqiyə nail olmaqda İran İslam Respublikasının qərblilərdən tam fərqli bir məqsəd güddüyünü deyən Həzrət Ayətullah Xamenei Qərb dövlətlərinin özlərinin elmi inkişafı yolunda dünyanın müxtəlif məntəqələrində törətdikləri faciələrə toxunaraq əlavə etdi: “Elmi tərəqqiyə nail olmaqda Qərbin yeganə məqsədi sərvət əldə etmək idi və Qərb dövlətləri bu yolda qarşıya qoyduqları məqsədə çatmaq üçün Hindistan yarımadasında, Afrikada, Şərqi Asiya və Latın Amerikasında yaşayan xalqlara qarşı zərrə qədər belə olsun əxlaq və mənəviyyata, Allaha imana və insan haqlarına riayət etmədilər”.
Ali Məqamlı Rəhbər bildirdi ki, zülmün artması, cəmiyyətdə təbəqələşmənin yaranması, xalqların təməl haqlarının pozulması Qərbdə elmin inkişafı ilə bağlı yanlış məqsədlərin qarşıya qoyulmasının nəticələridir. O, əlavə etdi: “İslam dinində elmləri mənimsəməkdən öncə özünütərbiyə, mənəvi cəhətdən saflaşma şərtdir. Çünki insan özünü mənən saflaşdırıb tərbiyə etməsə, elm onun əlində xəbis əməllərin və cinayətlərin törədilməsi üçün bir alətə çevrilə bilər”.
Elmi-texnoloji tərəqqiyə nail olmaqda İran İslam Respublikasının başlıca hədəfinin insani dəyərləri yaymaq və insan haqlarının gerçək müdafiəçisinə çevrilmək olduğunu deyən Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Biz elmi tərəqqini gerçək iqtidar əldə etmək, Yer üzündə ədalət və insanlıq bayrağını ucaltmaq naminə arzulayırıq. Biz istəyirik ki, bu yolla məzlumları müdafiə edərək zalım imperialistlərin zülmünə və zorakılığına qarşı mübarizə aparaq”.
Çıxışının sonunda Ali Məqamlı Rəhbər bunları əlavə etdi: “Ölkənin görkəmli elm adamları, tələbələr, müəllimlər, vəzifəli şəxslər və sadə İran vətəndaşları elmin inkişafında qarşıya humanist məqsədlər qoymaqla yeni, özünəməxsus bir cığır açmışlar. Onlar maddi və mənəvi qüdrətin başlıca dayağı olan elmi tərəqqi və nüfuz əldə etməklə İslam dəyərlərinin vüqarlı bayrağını Yer üzündə ucaldacaqlar”.
Görüşün əvvəlində sosiologiya üzrə dosent, Xarəzmi və Farabi Festivallarının laureatı Dr. Hüseyn Mirzayi, doktoranturanın mexanika mühəndisliyi ixtisası üzrə məzunu, 2000-ci ildə məktəblilər arasında keçirilmiş olimpiadanın qalibi Ayətullah Qəreqani, Tərbiyət Modərres Universitetinin elektrik mühəndisliyi ixtisası üzrə magistratura tələbəsi, 2010-cu ilin nümunəvi məzunu Sara Dadrəs, Kimya Olimpiadasının üçüncüsü, Universitetlərin Cihadı Təşkilatının Xərçəng üzrə Tədqiqatlar Mərkəzinin üzvü Dr. Hüseyniyan, konstruksiya materialları sahəsi üzrə dosent, 2010-cu ilin nümunəvi məzunu Dr. Məhəmməd Rza Vaizi, 2009-cu ildə keçirilmiş Kimya Olimpiadasının laureatı, İsfahan Sənaye Universitetinin elektrik mühəndisliyi ixtisası üzrə magistratura tələbəsi Məhəmməd Cavad Hacıəhmədi və “Sənaye layihələndirilməsi” ixtisası üzrə magistratura tələbəsi, Sənaye Layihələndirilməsi üzrə Tələbə Olimpiadasının ikincisi Əmirməsud Fəridizad ölkədə elmin inkişafı və ali təhsillə bağlı fikirlərini söylədilər, həmçinin gənc elm xadimlər
inin iştirakı ilə ixtisaslaşmış komitələr arasında keçirilmiş bəzi seminarların nəticələri barədə danışdılar. Gənc elm xadimlərinin toxunduğu başlıca məsələlər aşağıdakılardan ibarət idi:
- Ekosistem nəzəriyyələrinin yaradılması məqsədilə humanitar elmlərə və bu sahədə tədqiqat aparan mütəxəssislərə daha çox diqqət yetirilməsinin vacibliyi;
- İctimai elm sahələri üçün ölkənin sosial və mədəni həyatı ilə bağlı informasiyanı əks etdirəcək vahid məlumat bazasının yaradılmasının əhəmiyyəti;
- Universitetlərdə daha açıq və azad bir mühitin təmin edilməsi, fərqli rəy və görüşlərin sərbəst ifadəsi üçün zəmin yaradılmasının vacibliyi;
- Aspirantura şöbəsində professorlarla tələbələrin sayı arasındakı uyğunsuzluq, bəzi professorların tədqiqat fəaliyyətinin zəif olması;
- Universitetlərdə müasir elm sahələri və elmi nailiyyətlərə yaxından bələd olan gənc professorlardan istifadə edilməsi;
- Aspiranturada hazırlanan layihə və elmi işlərin sənaye sektoruna, bu sahədəki faktiki ehtiyaclara yönəldilməsi;
- Xanımlara münasibətdə mövcud olan ənənəvi yanaşma tərzinin dəyişdirilməsi, onların idarəçilik qabiliyyətindən və elmi potensialından yüksək səviyyədə istifadə olunması;
- Qadınların aspirantura pilləsində təhsillərini ölkə daxilində davam etdirə bilmələri üçün onlara kreditlərin ayrılması;
- Universitetlərin Cihadı Təşkilatının nəzdində Yaxın Şərq Xərçəng Araşdırmaları Mərkəzinin təsis edilməsi təklifinin dəstəklənməsi;
- Lazer müalicəsi və genetika kimi yeni yaranmış tibb sahələrində daha geniş tədqiqatların aparılması üçün lazımi infrastrukturun yaradılması;
- Tədqiqat işlərinin və elmi məqalələrin keyfiyyətinə əvvəlkindən də artıq diqqət yetirilməsi, elmi işlərin tətbiqi araşdırmalar istiqamətinə yönəldilməsi;
- Ölkədə nəşr olunan mötəbər elmi jurnallarda elmi məqalələrin çapına geniş yer verilməsi;
- Elmi tədqiqatlara ayrılan büdcənin hansı istiqamətdə xərcləndiyinə ciddi nəzarətin həyata keçirilməsinin vacibliyi;
- Tədqiqat meyarları müəyyənləşdirilərkən “alimlik etikası” məsələsinə lazımi əhəmiyyət verilməsi;
- Elmi mərkəzlərdə və universitetlərdə çalışan professorların fəaliyyətinə mütəmadi olaraq elmi qiymət verilməsinin vacibliyi;
- Daha ciddi və effektiv fəaliyyət göstərməsi üçün Mədəni İnqilab Şurasının strukturunda islahatlar aparılması;
- Universitetlərdə təşkil olunan “Azad fikir tribunaları”nın fəaliyyəti üçün müvafiq əsasnamənin işlənib hazırlanması və hüdudların müəyyənləşdirilməsi məsələsinin əhəmiyyəti;
- Hökumətin elm xadimlərinə dəstək olmaqla bağlı verdiyi vədlərin və bu barədə qəbul edilmiş qərarların reallaşdırılmasının vacibliyi;
Görüş əsnasında Prezidentin Elm və Texnologiya Məsələləri üzrə Müavini, Görkəmli Xadimlər Milli Fondunun sədri Dr. Soltanxah rəhbərlik etdiyi qurumun bir il ərzində gördüyü işlər haqda məlumat verdi, fondun bütün istiqamətlərdə çalışan və müxtəlif təbəqələri təmsil edən görkəmli və istedadlı insanlara göstərdiyi dəstəyin rəsmi surətdə qanuniləşdirildiyini, müvafiq əsasnamələrin işlənib hazırlandığını, mövcud əsasnamələrə yenidən baxıldığını qeyd edərək dedi: “Görkəmli Xadimlərə Dəstək Milli Fondu üç istiqamətdə – mədəniyyət, himayə olunma və dəstəklənmə, habelə inkişaf və kommunikasiya istiqamətində görkəmli elm və mədəniyyət xadimlərinə, gənc istedadlara maddi və mənəvi cəhətdən dəstək olur. Fondumuz vilayətlərdə 19 nümayəndəliyini yaratmaqla bütün elm və mədəniyyət xadimləri üçün bərabər imkan və şərait yaratmağa çalışır”.
Dr. Soltanxah Görkəmli Xadimlər Milli Fondunun gördüyü işlər sırasında elmi əsaslı şirkət və kooperativlərin himayə edilməsini, texnologiyanın kommersializasiyasını və novator təşəbbüslərin irəli sürülməsini qeyd edərək əlavə etdi: “Ölkənin dörd bir yanındakı istedadlı şagirdlərin üzə çıxarılması və istiqamətləndirilməsi məqsədilə Təhsil və Tərbiyə Nazirliyinin əməkdaşlığı ilə “Şəhab” adlı bir layihə işlənib hazırlanmışdır. Hazırda bu layihə reallaşmaq üzrədir”.

Materialdan
istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir