Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İki ölkə arasındakı əməkdaşlıq daha sürətli bir templə davam etdirilməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Suriya Respublikasının prezidenti cənab Bəşşar Əsəd ilə bu gün günortadan sonra baş tutan görüşdə ötən 30 il ərzində İran və Suriya arasında misilsiz dərəcədə ardıcıl və möhkəm əlaqələrin mövcud olduğunu qeyd etdi. Mərhum Hafiz Əsədin xatirəsini ehtiramla yad edən Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İki ölkə arasındakı müsbət əməkdaşlıq keçmişdə olduğundan da sürətli bir templə davam etdirilməlidir”.

İran və Suriya arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Həzrət Ayətullah Xamenei iki ölkə arasında iqtisadiyyat və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsindən məmnun qaldığını bildirərək əlavə etdi: “Bu əməkdaşlıqların daha da genişləndirilməsi üçün də imkan və potensial mövcuddur”.

Ali Məqamlı Rəhbər dedi: “Regionda 30 il müddətində belə yüksək səviyyədə və möhkəm ikitərəfli əməkdaşlıq etmiş başqa iki dövlət yoxdur, ona görə də bu təcrübədən maksimum dərəcədə yararlanmaq lazımdır”.

ABŞ-ı “regiondakı müqavimət hərəkatının başlıca əleyhdarı” adlandıran Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin bu müqavimət hərəkatını aradan qaldırmaq uğrunda göstərdiyi səylərə toxunaraq qeyd etdi: “Bütün bu səylər keçmişdə olduğu kimi, yenə də heç bir nəticə verməyəcək”.

Ali Məqamlı Rəhbər dost ölkələr arasında regional əməkdaşlığın vacibliyini vurğulayaraq ümidvar olduğunu bildirdi ki, İraqdakı bütün partiyalar keçmişdə olduğu kimi, yenə də İraq xalqının verdiyi səslərə arxalanaraq birgə və həmrəy surətdə İraqın abadlaşdırılması, bu ölkənin xalqının problemlərinin həlli, işğalçıların ölkədən çıxarılması istiqamətində addımlar atacaqlar.

Ölkə başçısı Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Suriya Respublikasının prezidenti cənab Bəşşar Əsəd də, öz növbəsində, iki ölkə arasında nümunəvi əməkdaşlığın mövcud olduğunu qeyd edərək vurğuladı: “İran İslam Respublikası və Suriya eyni səngərdə və ortaq hədəflər uğrunda vuruşurlar”.

Cənab Bəşşar Əsəd bunları da əlavə etdi: “İran və Suriya arasındakı əməkdaşlıq hər cəhətdən davam etdiriləcək və biz regionda günü-gündən daha çox uğurların əldə edildiyinin şahidi olacağıq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /