Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin elanı:

Sabah – 10 sentyabr şəvval ayının ilk günü və mübarək Ramazan bayramıdır

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabahkı gün – şəhrivər ayının 19-cu günündə (10 sentyabr 2010-cu il) artıq şəvval ayının ilk günü və mübarək Ramazan bayramı olduğu haqda elan verdi.

Elanın tam mətni:

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Əziz xalqımızın mübarək Ramazan ayında yerinə yetirdiyi ibadətlərin qəbul edilməsi diləyi ilə, möhtərəm İran xalqına məlumat veririk ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin bir neçə məntəqəsindəki mötəbər və mütəxəssis müşahidəçilərdən alınmış xəbərə əsasən, 18.06.1389-cu ildə, hicri-qəməri təqvimi ilə mübarək Ramazan ayının 29-da (09.09.2010)  cümə axşamı gününün qürub çağında şəvval ayının hilalının göründüyünü dəqiqləşdirmişdir. Odur ki sabah – şəhrivər ayının 19-u, cümə günü (10.09.2010) mübarək Ramazan bayramı qeyd olunacaqdır.

Bu mübarək bayram münasibətilə bütün imanlı qardaş və bacılarımızı, böyük İran xalqını təbrik edərək bildiririk ki, ölkənin hər yerində möhtəşəm bayram namazları qılınacaq.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi
9 sentyabr 2010-cu il  
        

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /