Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin iştirakı ilə

İmam Əlinin (ə) xatirəsinə həsr edilmiş matəm mərasimi keçirildi

Bu gün – İslamın əzəmətli peyğəmbərinin (s) vəsisi, Əmirəl-möminin Həzrət Əli ibn Əbi-Talibin (ə) şəhadətinin ildönümü günündə, günorta vaxtlarında xalqın müxtəlif təbəqələrini təmsil edən insanların, habelə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Əlinin (ə) xatirəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılınan zöhr namazından sonra təşkil edilmiş bu mərasimdə iştirakçılar iman və təqva sahiblərinin mövlası olan Həzrət Əlinin (ə) məzlumcasına şəhid edilməsini sonsuz kədərlə anaraq göz yaşı axıtdılar.

Xatırladaq ki, Əmirəl-möminin Həzrət Əlinin (ə) xatirəsinə həsr olunmuş əzadarlıq mərasimləri mübarək Ramazan ayının 19, 20 və 21-ci günlərində İmam Xomeyni (r.ə) adına hüseyniyədə qeyd olundu.              


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /