İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yer kürəsində yaşayan bütün müsəlman xalqlarına etdiyi müraciətdə Pakistanda baş vermiş ağır sel faciəsinə, faciənin törətdiyi geniş miqyaslı xəsarətlərə toxundu, milyonlarla pakistanlı müsəlmanın təcili və təxirəsalınmaz yardıma ehtiyac duyduğunu qeyd edərək vurğuladı: “Bu təhlükəli vəziyyətdə müsəlman qardaşlığını rəhbər tutaraq, öhdəmizə düşən vəzifəyə əməl etməli, müsibətə düçar olmuş qardaş-bacılarımızın köməyinə tələsməliyik”.
Mərhəmətli və bağışlayan Allahın adı ilə!
Böyük İslam ümməti!
Pakistanlı müsəlman qardaş və bacılarımızı böyük bir müsibətlə üz-üzə qoymuş sel faciəsi günü-gündən daha geniş miqyas alır. Faciə Pakistanın şimalından cənubuna doğru uzanan bir çox məntəqələri çənginə alaraq milyonlarla insanı yurd-yuvasından didərgin salıb. Bu dağıdıcı bəlanın həddən artıq genişmiqyaslı olması yardım tədbirlərinin də bir sıra çətinliklərlə üzləşməsinə səbəb olur.
Müsəlman Pakistan xalqı bu böyük müsibətlə elə bir şəraitdə üz-üzə qalıb ki, ABŞ-ın işğalçı və təcavüzkar hərbi qüvvələri əsassız bəhanələrlə bu müsəlman ölkəsinin torpağını durmadan çapıb-talamaqdadırlar.
Nəcib müsəlman xalqları!
Dəymiş ziyanın miqyası o qədər genişdir ki, milyonlarla qardaş-bacımızın qida, paltar və sığınacağa təcili və təxirəsalınmaz ehtiyac duymasından əlavə, ölkə infrastrukturunun böyük bir hissəsi də dağılıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar öz vəzifələrinə – yəni faciədən ziyan çəkmiş insanlara xidmət etmək vəzifəsinə lazımınca əməl etməmişlər. Bunun özü diqqət və araşdırma tələb edən bir faktdır.
Müsəlman qardaş və bacılar!
Bizim etdiyimiz yardımların həcmi nə qədər böyük olsa da, Pakistanda seldən ziyan çəkmiş qardaşlarımızın dəryaca ehtiyacları qarşısında yenə azdır! Lakin biz bu təhlükəli vəziyyətdə müsəlman qardaşlığını rəhbər tutaraq, öhdəmizə düşən vəzifəyə əməl etməli, müsibətə düçar olmuş qardaş-bacılarımızın köməyinə tələsməliyik. Müsəlman dövlətləri və beynəlxalq təşkilatlar daha çox bu məqama diqqət yetirməlidirlər: faciə və onun dərhal özünü büruzə verərək uzun müddət davam edən nəticələri ilə mübarizə metodlarını, habelə yardımların ünvana çatdırılması üsullarını müəyyənləşdirməkdə və bu işlərin icrasında Pakistan dövlətinə yardım etmək lazımdır. Sözsüz ki, məhz bu məsələ analoji situasiyalarda hər bir dövləti zərərçəkmiş insanlara tam və hərtərəfli yardım göstərməkdə problemlə qarşı-qarşıya qoyur.
Seyid Əli Xamenei
30 avqust, 2010-cu il
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
Dünya müsəlmanlarının rəhbərinin ümmətə ünvanladığı müraciətin tam mətni: