Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei

Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübariz ruhani Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Mübariz ruhani Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar, mərhumun ailə üzvlərinə, qohumlarına və dostlarına, xüsusilə də möhtərəm övladlarına və qardaşlarına başsağlığı verirəm. Ümidvaram ki, Allah-Taala istibdad dövründə apardığı sadiq mübarizəyə, habelə İslam Respublikasının hakimiyyəti dövründə etdiyi xidmətlərə görə mərhumu mükafatlandıracaq, onu öz mərhəmətinə və dərgahındakı ən ali dərəcələrə layiq görəcək.

Seyid Əli Xamenei
20 avqust, 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /