Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Quran təlimləri, həqiqətən də, böyük həyat dərsləridir

Ramazan ayının – Qurani-Kərimin nazil olduğu mübarək ayın ilk günündə ölkənin tanınmış qarilərindən, Quran ustadlarından və hafizlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin qonağı oldular.

4 saata yaxın davam edən mərasimdə qarilər ayrılıqda və qrup şəklində Quran tilavət etdilər, dualar oxudular.

Çıxış edən Həzrət Ayətullah Xamenei tanınmış qarilərin, hafizlərin və Quran ustadlarının iştirak etdiyi bu mərasimi “olduqca ürəyəyatan və dərin təəssüratlar oyadan bir məclis” adlandıraraq əlavə etdi: “Cəmiyyətdə, xüsusilə də yeniyetmə və gənclər arasında Qurana marağın günü-gündən artması böyük və əvəzolunmaz bir nemətdir”.

Bu nemətin qədrini bilməyin vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər qeyd etdi ki, Quranın aşıladığı bilgi və dəyərlərdən yararlana bilmək üçün onun məna və mahiyyəti ilə tanış olmaq lazımdır. O dedi: “Quranın tilavəti və əzbərlənməsi müqəddəs kitabdakı təlimlərin dərk olunması və onlara əməl edilməsi üçün bir başlanğıc olmalıdır”.
  
İslam İnqilabının Rəhbəri qari və hafizlərə Quranın tərcüməsinə mükəmməl surətdə yiyələnməyi tövsiyə edərək əlavə etdi: “Quran təlimləri, həqiqətən də, böyük həyat dərsləridir. Quranın tərcüməsi ilə mükəmməl surətdə tanış olmaq müqəddəs kitabın ehtiva etdiyi məna və bilgilərin dərk olunması üçün şərait yaradır”.

Mərasimin sonunda İslam İnqilabının Ali Məqamlı Rəhbərinin imamətliyi ilə məğrib və işa namazları qılındı, daha sonra məclis iştirakçıları Həzrət Ayətullah Xamenei ilə birgə iftar etdilər.  


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /