Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

İslam İnqilabının vüqarlı veteranlarına təşəkkür və minnətdarlıq ifadə etmək məqsədilə 3 nümayəndə heyəti ezam etdi

Həzrət Əbul-fəzl Abbasın (ə) mübarək doğum günü və ölkədə qeyd olunan Fədakar Döyüşçülər Günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri tərəfindən ezam edilmiş üç nümayəndə heyəti paytaxt Tehranın müxtəlif yerlərində yaşayan bir qrup əlil və veterana yaşadıqları mənzillərdə baş çəkdi.

Həzrət Ayətullah Xameneinin tapşırığı ilə ezam edilmiş Hüccətül-İslam vəl-muslimin Təqəvi, İbrahimi və Qumi cənabları əlil və veteranlarla yaxından söhbət edib onların gündəlik güzəranı, işləri, qayğı və problemləri ilə maraqlanmaqla yanaşı, etdikləri fədakarlıq və qəhrəmanlığa görə İslam İnqilabının vüqarlı veteranlarına təşəkkür və minnətdarlıqlarını da bildirdilər.

  



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
700 /