Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Konstitusiyanı Mühafizə Şurasının üzvü olan 3 fəqihi şuranın növbəti çağırışına üzv təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən Konstitusiyanı Mühafizə Şurasının fəqihlərindən üçünü şuranın növbəti çağırışına üzv təyin etdi.

Ali Rəhbərlik Məqamının bu haqda verdiyi fərmanın tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Möhtərəm cənab Ayətullah Hacı Şeyx Əhməd Cənnəti,
Sizə salamlarımı və salamatlıq diləklərimi yetirərək bildirirəm ki, Konstitusiyanı Mühafizə Şurasının 3 fəqihinin üzvlük müddətinin bitməsi ilə əlaqədar, Konstitusiyanın 91-ci maddəsini rəhbər tutaraq Sizi, Ayətullah Hacı Şeyx Qulamrza Rizvanini və Hüccətül-İslam vəl-muslimin Hacı Seyid Məhəmmədrza Mudərrisi Yəzdini şuranın yeni çağırışına üzv təyin edirəm.

Uca Tanrıdan Sizlərə müvəffəqiyyət diləyirəm!

Seyid Əli Xamenei
15 iyul, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /