Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Tələbələrin mənəvi-psixoloji problemlərinə diqqətli yanaşma onların sağlam dini etiqadının qarantıdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin ali təhsil ocaqlarındakı idarələrinin məsul işçiləri ilə görüşündə qeyd etdi ki, hazırda ölkə universitetlərində hərtərəfli müsbət və münasib bir şərait mövcuddur. O vurğuladı: “Universitetlərin elmi hərəkatı və əldə etdiyi nailiyyətlər, cihad əhval-ruhiyyəli saysız-hesabsız tələbənin varlığı, müəllim və tələbə kollektivlərinin siyasi uzaqgörənliyi, onların həssas və həlledici məqamlarda ölkənin ictimai-siyasi meydanlarında hazır olması, universitetlərdə dini atmosferin hökm sürməsi, ali təhsil ocaqlarında ölkənin sabahını düşünən, imanlı müəllimlərin sayının çoxluğu ölkənin universitet mühitinin parlaq reallıqlarıdır”.

İslam İnqilabının Rəhbəri görkəmli ruhanilərin uiversitetlərlə iş birliyini, onların müəllim və tələbə kollektivi ilə sıx əlaqədə olmasını “İslam İnqilabından sonra ölkəyə nəsib olmuş böyük nemətlərdən biri” adlandıraraq əlavə etdi: “Bu olduqca mühüm və dəyərli fürsətin qədrini bilmək lazımdır. Məsələnin nə dərəcədə əhəmiyyətli olduğunu bədxahların apardığı əks-təbliğatdan, universitetlərin islamiləşdirilməsi ilə bağlı keçirdikləri böyük narahatlıqdan anlamaq mümkündür. Çünki ali təhsil ocaqlarının islamiləşməsinin təzahürlərindən biri orada ruhanilərin təmsil olunmasıdır”.

Sonra Həzrət Ayətullah Xamenei universitetlərdəki vəziyyətlə bağlı bunları qeyd etdi: “Təəssüflər olsun ki, bəzi insanlar diqqəti yalnız mənfi məqamların üzərində cəmləyərək onları süni şəkildə böyütməyə çalışırlar. Kim isə tələbələrin və gəncliyin hazırkı vəziyyətindən razılıq etdikdə, bunu həmin şəxsin vəziyyətdən xəbərsiz olması ilə izah edirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Universitetlərdəki vəziyyətin müsbət qiymətləndirilməsi bəzi mənfi məqamlardan bixəbər olmaq demək deyil. Lakin bu məsələ ilə bağlı real nəticə çıxarmaq üçün hər şeyi paralel surətdə nəzərdən keçirmək lazımdır”.

İslam İnqilabının Rəhbəri Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin sədri Hüccətül-İslam vəl-muslimin Məhəmmədiyanın verdiyi məlumatlara, tələbə və gənclərin coşqun təbiətinə, bu təbəqənin “universitet” adlı mühitdə bir araya gəlməsinə, eyni zamanda geniş surətdə aparılan azdırıcı təbliğata toxunaraq qeyd etdi: “Bütün bunları, habelə dini və elmi reallıqları, universitetlərdəki vəziyyəti nəzərə alaraq demək olar ki, bu gün ölkəmizin ali təhsil ocaqlarında, həqiqətən, müsbət və münasib bir atmosfer  mövcuddur”.        

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Universitetlərdəki vəziyyəti analiz edərkən elmi-teoloji mərkəzlərin mühiti ilə universitet mühitini eyniləşdirmək, hər ikisinə eyni tələb və ümidləri şamil etmək olmaz”.

Tələbələrin dini etiqadına və mənəvi-psixoloji durumuna paralel surətdə diqqət yetirməyin vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Tələbələrdə sağlam təfəkkürü elə möhkəmləndirmək lazımdır ki, onlar nəinki mənfi amillərin təsiri altına düşməsinlər, hətta özləri düşdükləri mühitə təsir edə bilsinlər, ideoloji cəhətdən qabaqcıl bir qüvvəyə çevrilsinlər”.

İslam İnqilabının Rəhbəri tələbələrin mənəvi-psixoloji problemlərinə diqqət yetirməyin onların sağlam dini etiqadının qarantı olduğunu vurğulayaraq əlavə etdi: “Öyüd nəsihət verməklə, gözəl moizə və davranışlarla gəncliyin qəlbini Allaha itaət, zikr və ibadətə yaxınlaşdırmaq mümkündür”.

İslam İnqilabının Rəhbəri gənclərin qəlbinə təsir edə bilmək üçün münasib rəftarın, əməldə ixlasın və yumşaq formada nəsihətin şərt olduğunu deyərək vurğuladı ki, dini bilgiləri tələbələrə yaxın olan müasir bir dildə, onların intellektual səviyyəsinə uyğun tərzdə təqdim etmək lazımdır. O əlavə etdi: “Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin ayrı-ayrı ali təhsil ocaqlarındakı idarələrinə elmi kadrların təminatı baxımından dəstək olmaq elmi-teoloji mərkəzlərin öhdəsinə düşən mühüm bir vəzifədir”.

Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı dövlət orqanlarının üzərinə düşən ağır məsuliyyəti də vurğulayaraq qeyd etdi: “Keçmişdəki bəzi periodlardan fərqli olaraq, xoşbəxtlikdən, hazırkı hökumət ruhanilərin universitetlərdə fəaliyyəti üçün geniş imkan yaradılıb. Bu münasib fürsətdən lazımınca istifadə etməklə bu nemətin şükrünü yerinə yetirmək lazımdır”.

Görüş əsnasında Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin sədri Hüccətül-İslam vəl-muslimin Məhəmmədiyan çıxış edərək müasir gəncliyin dini etiqada və inqilabi dəyərlərə son dərəcə bağlı olduğunu qeyd etdi. O dedi: “Universitetlərdə böyük itikaf çadırlarının qurulması, möhtəşəm camaat namazlarının qılınması, cihad əhval-ruhiyyəli tələbə ordusunun varlığı, tələbələr üçün təşkil olunan ümrə ziyarətlərinin onlar tərəfindən olduqca müsbət qarşılanması bu inkaredilməz həqiqətə nümunədir”.   

Cənab Məhəmmədiyan rəhbərlik etdiyi qurumun universitetlər üzrə tabeçiliyində olan idarələrin həyata keçirdiyi proqramlara, xüsusilə də tələbələrin soyuq müharibə ilə bağlı daha geniş maarifləndirilməsinə toxunaraq əlavə etdi: “Universitetlərdə tətbiq edilməsini planlaşdırdığımız digər proqramlar sırasında yüzə yaxın azad fikir tribunasının təşkili, ilahiyyat müəllimləri üçün elmi seminarların keçirilməsi, dini biliklərin tədrisi üçün yeni dərsliklərin hazırlanması, yüzdən artıq universitetdə müəllimlər üçün fikir mübadiləsi seminarlarının təşkili ilə bağlı hazırlanan prqramları qeyd etmək olar”.     

Hüccətül-İslam vəl-muslimin Məhəmmədiyan həmçinin Ramazan ayı boyunca universitetlərdə “Fikir ziyafəti” adlı xüsusi proqramların həyata keçiriləcəyi barədə də məlumat verərək dedi: “30-a yaxın vilayətin ali təhsil ocaqları çərçivəsində təşkil olunacaq “Fikir ziyafətləri”nə qatılmaq üçün bu günə qədər 100 minə yaxın tələbə qeydiyyata düşüb”.

Görüşün əvvəlində Ali Məqamlı İnqilab Rəhbərinin imamətliyi ilə zöhr və əsr namazları qılındı. 

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /