İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra “Qənaətli istehlak” Dövlət Proqramının başlıca siyasət istiqamətlərini müəyyən etdi.
“Qənaətli istehlak” Proqramının başlıca strategiyalarının açıqlandığı sənəd üçlü hakimiyyət qüvvələrinin rəsmilərinə və Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın Sədrinə təqdim olundu.
“Qənaətli istehlak” Dövlət Proqramının başlıca strategiyaları:
1. Fərdi, ictimai və korporativ istehlak mədəniyyəti təkmilləşdirilməli, qənaətcillik, israfçılığa, bədxərcliyə, təmtəraqpərəstliyə, xarici məhsulların istehlakına qarşı mübarizə mədəniyyəti cəmiyyətdə geniş yayılmalı, bu işdə mədəniyyətin, təhsilin, incəsənətin və KİV-in, xüsusilə də milli teleradionun imkanlarından istifadə olunmalıdır;
2. Cəmiyyətin hər bir üzvü lazımi həddə, qənaətli istehlaka alışdırılmalıdır;
3. Səmərəli istehlak mədəniyyətinin genişləndirilməsi məqsədilə bu işdə örnək ola biləcək nümunələr təqdim olunmalı, səmərəlilik, məsuliyyətlilik, intizamlılıq və ehtiyac duyulan hədlə kifayətlənmə meyarları rəhbər tutulmalıdır.
4. Orta və ali təhsilin bütün pillələrində qənaətli istehlakın üsul və metodları tədris olunmalıdır;
5. Hökumət orqanları və dövlət müəssisələri qənaətli istehlak prinsipinə riayət etmək işində ön sırada durmalıdırlar;
6. Lüzumsuz istehlak mədəniyyətinin genişlənməsi əleyhinə mübarizə aparılmalı, israfçılığa, təmtəraqa qarşı həvəs yaradan məhsullara və mədəni təzahürlərə həssas münasibət nümayiş etdirilməlidir;
7. Ölkənin enerji istehlakının həcmində islahatlar aparılması, enerji istehlakı göstəricisinin “5-ci inkişaf proqramı”nın sonuna qədər hazırkının üçdə ikisi, “6-cı inkişaf proqramı”nın sonuna qədər isə, ən azı, ikidə biri qədər azaldılması məqsədilə kompleks şəkildə tarif və qeyri-tarif tədbirləri tətbiq olunmalı, bununla da enerji sərfiyyatına qənaət edilməlidir.
8. Bütün sahələrdə, xüsusilə əkinçilikdə sudan qənaətli istifadəyə çalışılmalıdır;
9. Buğda hasilatı, un üyütmə, çörək bişirmə və çörək istehlakının şərait və keyfiyyətinin yüksəldilməsi yolu ilə ölkədə çörək istehlakı göstəricisi təkmilləşdirilməlidir.
10. Ümumi məhsuldarlıq artırılmalıdır.
“Qənaətli istehlak” Proqramının başlıca strategiyalarının açıqlandığı sənəd üçlü hakimiyyət qüvvələrinin rəsmilərinə və Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın Sədrinə təqdim olundu.
Sənədin tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə! “Qənaətli istehlak” Dövlət Proqramının başlıca strategiyaları:
1. Fərdi, ictimai və korporativ istehlak mədəniyyəti təkmilləşdirilməli, qənaətcillik, israfçılığa, bədxərcliyə, təmtəraqpərəstliyə, xarici məhsulların istehlakına qarşı mübarizə mədəniyyəti cəmiyyətdə geniş yayılmalı, bu işdə mədəniyyətin, təhsilin, incəsənətin və KİV-in, xüsusilə də milli teleradionun imkanlarından istifadə olunmalıdır;
2. Cəmiyyətin hər bir üzvü lazımi həddə, qənaətli istehlaka alışdırılmalıdır;
3. Səmərəli istehlak mədəniyyətinin genişləndirilməsi məqsədilə bu işdə örnək ola biləcək nümunələr təqdim olunmalı, səmərəlilik, məsuliyyətlilik, intizamlılıq və ehtiyac duyulan hədlə kifayətlənmə meyarları rəhbər tutulmalıdır.
4. Orta və ali təhsilin bütün pillələrində qənaətli istehlakın üsul və metodları tədris olunmalıdır;
5. Hökumət orqanları və dövlət müəssisələri qənaətli istehlak prinsipinə riayət etmək işində ön sırada durmalıdırlar;
6. Lüzumsuz istehlak mədəniyyətinin genişlənməsi əleyhinə mübarizə aparılmalı, israfçılığa, təmtəraqa qarşı həvəs yaradan məhsullara və mədəni təzahürlərə həssas münasibət nümayiş etdirilməlidir;
7. Ölkənin enerji istehlakının həcmində islahatlar aparılması, enerji istehlakı göstəricisinin “5-ci inkişaf proqramı”nın sonuna qədər hazırkının üçdə ikisi, “6-cı inkişaf proqramı”nın sonuna qədər isə, ən azı, ikidə biri qədər azaldılması məqsədilə kompleks şəkildə tarif və qeyri-tarif tədbirləri tətbiq olunmalı, bununla da enerji sərfiyyatına qənaət edilməlidir.
8. Bütün sahələrdə, xüsusilə əkinçilikdə sudan qənaətli istifadəyə çalışılmalıdır;
9. Buğda hasilatı, un üyütmə, çörək bişirmə və çörək istehlakının şərait və keyfiyyətinin yüksəldilməsi yolu ilə ölkədə çörək istehlakı göstəricisi təkmilləşdirilməlidir.
10. Ümumi məhsuldarlıq artırılmalıdır.
Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına
istinad zəruridir