İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər “Səda və sima” Dövlət Teleradio Təşkilatının direktoru, habelə təşkilatın kino və teleproqram redaksiyalarında çalışan rəhbər işçilər, ssenaristlər və istedadlı incəsənət xadimləri ilə görüşündə hal-hazırda milli teleradionun, xüsusilə də kinomotoqrafiya və teleserial sferasının həmişəkindən daha əhəmiyyətli mövqeyə malik olduğunu qeyd etdi. Ali Məqamlı Rəhbər bu sahədə gördükləri dəyərli işlərə görə milli teleradionun rəhbər işçilərinə və istedadlı incəsənət adamlarına səmimi təşəkkürünü bildirərək əlavə etdi: “Mövcud maddi-texniki bazadan və ideoloji imkanlardan, o cümlədən İranın olduca maraqlı, enişli-yoxuşlu tarix və mədəniyyətindən istifadə etməklə milli kinomuzun hazırkı səviyyəsi ilə arzuolunan səviyyəsi arasındakı məsafəni azaltmaq, bu boşluğu doldurmaq mümkündür”.
İslam İnqilabının Rəhbəri cəmiyyətdə konkret mədəniyyətin formalaşdırılması işində KİV-in payına düşən strateji rol baxımından kino və televiziyanın həddən artıq effektiv olduğunu vurğulayaraq əlavə etdi: “Reallıq bunu göstərir ki, “Səda və sima”, xüsusilə də kino və teleproqramlar sferası ölkənin bugünündə və gələcəyində son dərəcə mühüm rola malikdir”.
Milli teleradionu cəmiyyətin ideoloji cəhətdən istiqamətləndirilməsi işini həyata keçirən ən önəmli mərkəz adlandıran Ali Məqamlı Rəhbər mərhum İmam Xomeyninin (r.ə) “Səda və sima” haqqında dediyi fikirləri xatırladaraq əlavə etdi: “Bu böyük maarif ocağı uca bir zirvə, daim çağlayıb-daşan bir bulaq kimi saf ilahi, bəşəri, ictimai, mədəni və siyasi dəyərləri xalqa aşılamalıdır. Belə bir əhəmiyyətli statusa malik olmaq “Səda və sima”nın rəhbərliyi, məsul işçiləri və istedadlı yaradıcı kollektivi qarşısında əsaslı vəzifələr qoyur”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran xalqının düşmənlərinin ictimai fikrə təsir etmək məqsədilə kino, teatr və televiziyadan istifadə etməsi bu sferaların böyük potensiala malik olduğunu göstərir. O dedi: “Böyük, müdrik və məqsədinə doğru irəliləyən İran xalqının bəşəriyyətə saf niyyətli, səadət bəxş edəcək ismarışları var. Məhz bu baxımdan da incəsənətin kino və teatr sferasının yüksəlişi üçün daha çox çalışmaq, bu sahəyə maddi və mənəvi sərmayə qoymaq vacibdir”.
Ali Məqamlı Rəhbər çıxış edən bəzi incəsənət xadimlərinin incəsənət əsərlərinin ərsəyə gəlməsi prosesində ortaya çıxan mənəvi-psixoloji narahatlıqlar, bəzi tənqidi fikirlər ucbatından yaranan problemlər barədə dediklərinə toxunaraq əlavə etdi: “İncəsənət adamları incə ruhlu olurlar, bununla belə, onlar bu məsələdə həssaslıq nümayiş etdirməməyə, özünəinam və arxayınlıqla son dərəcə əhəmiyyətli işlərinə davam etməyə çalışsınlar”.
Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar bunu da qeyd etdi ki, incəsənət adamlarının narazılığı bəzən əsassız olur. O dedi: “Film və seriallara bəzən haqlı iradlar da tutulur. Elə şərtlər var ki, onlara mütləq riayət olunmalıdır”.
Həzrət Ayətullah Xamenei mənəvi-əxlaqi, dini və mədəni sərhdələri aşmağın çoxsaylı mənfi nəticələr verə biləcəyini deyərək əlavə etdi: “Bəzi teleseriallarda, prinsipcə, bu kimi məqamlara toxunulmasına ehtiyac yoxdur. Ümumiyyətlə, istənilən halda, incəsənət nümunələri yaradılarkən müqəddəs şəriətin vacib bildiyi şərtlərə tam riayət olunmalıdır”.
Ali Məqamlı Rəhbər qeyri-sağlam kişi-qadın münasibətlərinin təbliğinə də qətiyyən lüzum olmadığını dedi. O, irad və tənqidlərin normal qəbul edilməsini zəruri bir amil adlandıraraq əlavə etdi: “Cəmiyyətdəki mənfi və qaranlıq məqamlara paralel olaraq, müsbət məqamlar da işıqlandırılmalı, teleserial qəhrəmanlarının zülm və çirkinliyə qarşı mübarizəsi təsvir olunmalıdır ki, son nəticədə mənfi məqamlar aradan qalxsın. Əks təqdirdə, neqativ halların tamaşaçıya çatdırılması, faktiki olaraq, daimi narazılığa, hər şeyin tünd çalarlarda təqdim olunmasına çevriləcək, cəmiyyətdə ruh düşkünlüyünün yaranmasına səbəb olacaq”.
İslam İnqilabının Rəhbəri bu barədə aşağıdakıları da dedi: “Xeyirlə şərin mübarizəsinin təsvir olunduğu hər bir ssenaridə şərə qarşı mübarizə üçün cəmiyyətdə mövcud olan sağlam motivlər ustalıqla təsvir olunmalıdır ki, real vəziyyət tamaşaçının zehnində canlansın”.
Həzrət Ayətullah Xamenei İran xalqının imperialist bloku əleyhinə apardığı tarixi mübarizəni “böyük dövlətlərin bu xalqa qarşı açıq-aşkar və kəskin düşmənçiliyinin mənşəyi” adlandıraraq əlavə etdi: “Hal-hazırda siyasi baxımdan kritik bir mərhələ yaşanmaqdadır, lakin böyük İran xalqı, heç şübhəsiz, bu çətin sınaqdan da uğurla çıxacaq. Bütün sahələrdə, o cümlədən incəsənət və kinomotoqrafiya nümunələrində bu tarixi mərhələnin reallıqlarını – yəni hegemon dövlətlərin İran xalqına qarşı düşmənçiliyini nəzərə almaq lazımdır. Bu ədavətə qarşı mübarizədə hər kəs öhdəsinə düşən rolu layiqincə ifa etməlidir”.
Həzrət Ayətullah Xamenei İran xalqının düşmənlərinin demokratiya, insan haqları və dünya xalqları ilə əməkdaşlıq haqqında rüsvayçı yalanlar danışdıqlarını xatırladaraq dedi: “İran xalqına qarşı saysız-hesabsız cinayətlər törətməsi üçün Səddam Hüseynə şərait yaradan, onu döyüş sursatı və kimyəvi silahlarla təmin edənlər bu gün eyni məqsədlə zahirən mədəniyyətə xidmətə edən təşkilatlar yaradırlar. Bu gerçəklik heç kəs üçün gizli qalmamalıdır”.
Həzrət Ayətullah Xamenei İranın qədim tarixə malik olduğunu qeyd edərək bu xalqın, doğrudan da, tarixən nəcib və namuslu bir xalq olduğunu dedi. Ali Məqamlı Rəhbər xarici kanalların İranda həya-abıra, hicaba zərbə vurmaq, ailənin təməlini sarsıtmaq üçün durmadan çalışdıqlarını vurğuladı. O əlavə etdi: “İran xalqına dost olduqlarını iddia edənlər anti-İran mövzulu filmlər istehsal etməklə bu şərəfli xalqın tarixinə və mədəniyyətinə düşmən kəsildiklərini göstərirlər. Belə bir şəraitdə, siyasi mövzulu kino yaxud tamaşa hazırlayan hər bir şəxs hərtərəfli düşünüb-daşınmalıdır ki, gördüyü işlə düşmənin dəyirmanına su tökmüş olmasın”.
Həzrət Ayətullah Xamenei Ali Məqamlı Rəhbərliyin incəsənət xadimlərinə, xüsusən də kino və teleserial sahəsində çalışan rəhbər işçilərə bağladığı ümidlərdən danışaraq vurğuladı: “Siz İran xalqının tarixi mübarizəsini yaratdığınız əsərlərdə uzagörənliklə, düşməni tanıyaraq təsvir edə bilsəniz, özünüz gerçək bir hekayənin qəhrəmanına çevrilərsiniz, ərsəyə gətirdiyiniz kinomotoqrafiya məhsulu da, mütləq, maraqlı və baxımlı olar. Biz sənət adamlarından, xüsusulə də “Səda və sima”da çalışan fəal incəsənət xadimlərindən məhz bunu gözləyirik”.
Ali Məqamlı Rəhbər dəyərli və şərəfli xidmətlərinə görə istedadlı sənət adamlarına, televiziya filmlərinin və serialların yaradıcı kollektivlərinə minnətdarlığını bildirərək əlavə etdi: “Bu cür gözəl əsərlərin hər bir anının səhnə arxasında dərya qədər zəhmət, səy, təşəbbüs və novatorluq var. Bu cür işlərə həqiqətən dəyər vermək və onların qədrini bilmək lazımdır”.
Həzrət Ayətullah Xamenei həmçinin “Səda və sima” Dövlət Teleradio Təşkilatının direktoru cənab Zərğamiyə, milli teleradionun müxtəlif redaksiyalarının, xüsusilə də “Kino və teletamaşalar” redaksiyasının rəhbərliyinə səmimi təşəkkürünü bildirərək əlavə etdi: “Bu dəyərli səylərə baxmayaraq, hazırkı vəziyyətlə görüləsi işlər arasında məsafə böyükdür. Mövcud maddi-texniki bazadan və ideoloji imkanlardan istifadə etməklə, yayımlanan proqramların, xüsusilə də kino və teleserialların keyfiyyətinin yüksəldilməsi üçün daha çox çalışmaqla bu məsafəni azaltmaq, mövcud boşluqları doldurmaq mümükündür”.
Görüşün əvvəlində “Səda və sima” Dövlət Teleradio Təşkilatının direktoru Seyid İzzət Zərğami çıxış edərək milli televiziya və radionun ictimai fikrin düzgün istiqamətləndirilməsi vəzifəsini yerinə yetirən ümumi bir maarif ocağı kimi mühüm mövqeyə malik olduğunu qeyd edərək dedi: “Düşmənin apardığı soyuq müharibəyə qarşı mübarizədə “Səda və sima” müstəsna bir mövqeyə malik olan və olduqca mühüm bir rolu ifa edən bir qurumdur. Məhz buna görə də milli teleradio KİV-in fəaliyyət dairəsi çərçivəsində strateji məsələləri, başlıca məqsədləri və prioritet məsələləri müəyyənləşdirərək xalqa ünvanlanmalı olan önəmli ismarışları yayımladığı proqramlar, o cümlədən film, serial və teletamaşalar vasitəsilə cəmiyyətə çatdırmaq üçün ciddi surətdə çalışır”.
Milli teleradionun rəhbəri qeyd etdi ki, aparılan reytinq hesablamaları İran tamaşaçısının ölkə daxilində istehsal olunan film və proqramlara geniş maraq göstərdiyini aşkara çıxarıb. O əlavə etdi: “Son 6 ildə ölkə daxilində film və teleserialların istehsalı üçün genişmiqyaslı proqramlar hazırlanıb”.
Cənab Zərğami qeyd etdi ki, senzura qaydalarının müəyyənləşdirilməsi, bədii şuranın təşkili, “Səda və sima”nın Nəzarət Departamentinin səlahiyyətlərindən istifadə sayəsində ssenarinin yazılmasından tutmuş, hazır məhsulun ərsəyə gəlməsinə qədər, bütün mərhələlərdə dolğun məzmunlu və maraqlı telelayihələrin istehsalına dəqiq nəzarətin həyata keçirilməsinə səy göstərilir”.
Cənab Zərğami il ərzində milli teleradionun müxtəlif kanallarının layihə və proqram redaksiyalarında 2000-dən artıq telelayihə və kinossenarinin araşdırıldığını qeyd edərək dedi: “Hal-hazırda serial, film və animasiyalar daxil olmaqla mərkəzi və regional kanallarda istehsal olunan kinomotoqrafiya məhsulunun illik həcmi 2000 saat təşkil edir. Bu göstərici 2003-cü illə müqayisədə 5 dəfə çoxdur”.
Cənab Zərğami “Səda və sima”nın ölkədaxili və xarici kanallarında yayımlanan film, proqram və animasiyaların ümumi həcminin ildə 33 min saatdan artıq olduğunu vurğulayaraq dedi: “Bu rəqəm 2003-cü illə müqayisədə 9 dəfə artıb”.
Milli teleradionun rəhbəri ölkədə teleserialların istehsalının və yayımının xarici seriallara nisbətən 2 dəfə çoxaldığını, İran filmlərinin istehsalı və yayımının isə ölkədə ümumilikdə yayımlanan filmlərin 44 fazini təşkil etdiyini qeyd edərək dedi: “Ötən 6 il ərzində İslam inqilabı mövzusuna həsr olunmuş 20 serial çəkilib və yayımlanıb ki, bu göstərici həmin mərhələyə qədər istehsal olunmuş inqilabi məzmunlu serialların ümumi həcmindən 2 dəfə çoxdur”.
Cənab Zərğami əlavə etdi: “Sionizmin tənqidinə, dini etiqada, milli və dini qəhrəmanların xalqa tanıtdırılmasına, Müqəddəs Müdafiə savaşına, habelə cəmiyyətin diqqətinə çatdırılması vacib olan müxtəlif sosial məsələlərə, elmi tərəqqi uğrunda gerçəkləşdirilən hərəkata, əmək və məşğulluğa, kitab oxunuşunun təbliğinə, nüvə texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərə, yanlış ictimai-siyasi cərəyanlar haqqında maarifləndirməyə həsr olunmuş onlarla bədii və sənədli film çəkilmişdir”.
Seyid İzzətullah Zərğami milli teleradionun azad fikrin və dinə ziyalı yanaşmanın təbliği istiqamətində göstərdiyi səyləri də qeyd etdi. O, “Səda və sima”nın kino və teleserial, o cümlədən gecə seriallarının istehsalı sahəsində gördüyü digər tədbirlər sırasında ötən 6 il ərzində 650 bədii filmin çəkildiyini, yeni yumoristik proqramların hazırlandığını, teletamaşaların sayının artdığını, filmlərdə musiqi tərtibatının keyfiyyətinin yüksəldilməsini, gələcək aylarda ərəb dilində film və seriallar yayımlayacaq ayrıca telekanalların işə başlayacağını qeyd edərək dedi: “Milli teleradio soyuq müharibə meydanında mətin durub və bu işdə cəmiyyətin bütün ideoloji və incəsənət potensialından yardım alacaq”.
O, soyuq müharibə meydanında müxtəlif hökumət qurumlarının “Səda və sima”nı dəstəkləməli olduğunu qeyd edərək dedi: “Milli teleredio bu çətin və dolaşıq savaşda öz vəzifəsinə layiqincə əməl etmək, yeni-yeni meydanlara atılmaq üçün elmi-teoloji mərkəzlərin və universitetlərin dəstəyinə ehtiyac duyur. Həmçinin fiziki və hüquqi şəxslər tənqidlərə tolerant münasibəti artırmalı, dardüşüncəli, səthi yanaşmadan, tələsik mühakimələrdən çəkinməli, taktiki səhvlərlə strateji səhvlər arasında fərq qoymalıdırlar”.
Görüş əsnasında kino və televiziya sahəsində çalışan rəhbər işçilər, ssenaristlər və aktyorlar da incəsənət sahəsindəki müxtəlif məsələlərlə bağlı fikir bildirdilər.
Bir sıra film və teleserialların, o cümlədən “Küləyin gözündə” serialının direktoru Məsud Cəfəri Cövzani kino sahəsindəki vəziyyəti, o cümlədən incəsənət sahəsində çalışan rəhbər işçilərin bu sahəyə münasibətini tənqid edərək dedi: “Kino sahəsində istedadlı və məsuliyyətli film istehsalçılarının müstəqil fəaliyyəti üçün şərait yoxdur. Film istehsalçıları distribüterlərin zövqünə, incəsənət sahəsinə rəhbərlik edən rəsmilərin göstərişlərinə və ya bəzi ifratçı meyllərə tabe olmaq məcburiyyətində qalırlar”.
Cənab Cövzani Ali Məqamlı İnqilab Rəhbərinin kino sahəsində mədəni yüksəlişə nail olunması ilə bağlı verdiyi göstərişlərə əməl etməyin vacibliyini vurğuladı. O, mədəniyyət və incəsənət sahəsinə rəhbərlik edən rəsmiləri təcrübəli film istehsalçılarına etimad göstərməyə, onların yeni-yeni uğurlara imza atması, cəmiyyətin aktual problemlərinə toxunması üçün münasib şərait yaratmağa, rejissorlar və incəsənət xadimləri ilə məsləhətləşməyə, xırdaçılıqdan, şəxsi zövqün incəsənət və kino sahəsinə diktə olunmasından çəkinməyə çağırdı.
Müxtəlif telefilmlərin və serialların direktoru Sirus Moqəddəm isə ictimai fikrə təsir göstərmək məqsədi güdən xarici peyk telekanallarının sayının günü-gündən artdığını qeyd edərək dedi: “Yadellilərin mədəniyyət sahəsinə şiddətli hücumlarına qalib gələ bilmək üçün “Səda və sima” mükəmməl maddi-texniki və hüquqi baza ilə təchiz olunmalıdır”.
Sirus Moqəddəm müxtəlif sosial təbəqələrin, qrupların və təşkilatların zəif cəhətlərinin kinoda işıqlandırılmasına qoyulan bəzi məhdudiyyətləri tənqid edərək rəsmiləri və müxtəlif sosial təbəqələrin nümayəndələrini buna qarşı tolerant münasibətə çağırdı.
Müxtəlif teleserialların, o cümlədən “Fransız imarəti” və “Məşrutə illəri” seriallarının direktorlarından biri olan Məhəmməd Rza Vərzi isə çoxseriyalı tarixi filmlərin çəkilişi prosesində elmi-tədqiqat mərkəzlərinin “Səda və sima”nın prodüserləri ilə əməkdaşlıq etməsinin zəruri olduğunu dedi. O, qeyd etdi ki, ölkənin öndə gedən tarixçiləri seriallar ərsəyə gəldikdən sonra nəyi isə tənqid etmək əvəzinə, ssenarilər yazıldığı müddətdə tarixi mövzuda film və verilişlər hazırlayan insanların əməkdaşlıq barədə təkliflərini müsbət cavablandırsalar, daha yaxşı olar.
Məhəmməd Rza Vərzi tarixi mövzuda serialların çəkilişi üçün yeni pavilyonlara ehtiyac olduğunu qeyd edərək dedi: “Yeni və daha geniş telepavilyon şəhərciyinin salınması tamamilə vacib bir məsələdir”.
Kino və televiziya aktrisası Pərvanə Məsumi qeyd etdi ki, incəsənət sferasında mühüm olan problemlərdən biri də kino və televiziyada qadınların real statusunun müəyyən edilməməsidir. Xanım Məsumi bəzi film və seriallarda ölkənin aktual problemlərinə qarşı diqqətsiz yanaşılmasını tənqid edərək dedi: “Film və seriallarda bəzən yalnız paytaxtda və böyük şəhərlərdə yaşayan insanların problemlərinə toxunulur, digər şəhərlərin sakinlərinə, xüsusilə də kəndlilərə əhəmiyyət verilmir”.
Çoxsaylı telefilmlərdə və seriallarda rol almış aktyor Şəhab Hüseyni də “Uçuş şövqü” serialının çəkilişlərinin artıq başa çatmaqda olduğunu, sözügedən filmdə şəhid diviziya generalı, pilot Əbbas Babayinin həyat tarixçəsinin əks olunduğunu qeyd edərək əlavə etdi: “Böyük ictimai-siyasi xadimlərin, elm, mədəniyyət, din və idman sahəsində xidmət etmiş görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini gözəl şəkildə və üstalıqla təsvir etmək və bu yolla müasir gənc nəslin öz milli kimliyini dərk etməsinə yardımçı olmaq lazımdır”.
Şəhab Hüseyni dedi: “İncəsənət adamları mədəniyyət cəbhəsində döyüşən əsgərlərdir. Onlar Müqəddəs Müdafiə savaşında iştirak etmiş cəsur və qətiyyətli döyüşçülər kimi, mədəniyyət və incəsənət meydanında öhdələrinə düşən ağır vəzifəni layiqincə yerinə yetirməlidirlər”.
Bir sıra film və teleməcmuələrin, o cümlədən “Göylərə aparan nərdivan”, “Vəfa” və “Üçüncü gün” filmlərinin direktoru Məhəmməd Hüseyn Lətifi də dini mövzulu kino və televiziya proqramlarının tamaşaçı auditoriyasına təsir etdiyini vurğulayaraq dedi: “Bu meydana atılmaq üçün cəsarət tələb olunur. Bəzi nöqsan və çatışmazlıqlardan qorxub dini mövzulu filmlərin hazırlanmasından çəkinmək lazım deyil”.
Məhəmməd Hüseyn Lətifi habelə Müqəddəs Müdafiə savaşına həsr olunan filmlərin çəkilişi ilə bağlı qarşıya çıxan maddi-texniki çətinlikləri, film və serial sahəsində müəllif hüquqlarının qanunvericiliklə qorunmasının zəruri olduğunu da qeyd etdi.
Daha sonra bir sıra telefilmlərin və serialların ssenari müəllifi və direktoru Ziyaəddin Dəri çıxış edərək incəsənət xadimlərinin problemlərinə münasibətdə göstərdiyi xüsusi qayğı və diqqətə görə Ali Məqamlı Rəhbərə səmimi təşəkkürünü bildirdi. O dedi: “İran cəmiyyəti çoxşaxəli və müxtəlifdir. Belə bir toplumda xalqın razılığını qazanmaq, müxtəlif təbəqələr arasındakı mədəni uçurumu azaltmaq ağır və mürəkkəb bir vəzifədir. Bu vəzifənin öhdəsindən gəlmək üçün milli teleradionun hərtərəfli dəstəyə ehtiyacı var”.
Görüşün sonunda mədəniyyət və incəsənət xadimləri Ali Məqamlı Rəhbərlə yaxından görüşüb səmimi bir atmosferdə söhbət etdilər.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına
istinad zəruridir