Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

708 nəfər məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi

Həzrət Əmirəl-möminin Əlinin (ə) mübarək doğum günü ərəfəsində Həzrət Ayətullah Xamenei ümumi, inqilabi və s. məhkəmə orqanlarında mühakimə edilmiş 708 məhkumun  əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi.

Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərə yazdığı məktubda  əfv olunması, yaxud  cəzasının yüngülləşdirilməsi üçün lazımi tələblərə cavab verdikləri müvafiq komissiyalar tərəfindən müəyyən olunmuş 708 nəfər məhkumun əfv edilməsini təklif etmişdi. Həzrət Ayətullah Xamenei Ayətullah Amoli Laricaninin təklifini müsbət qarşıladı. 








Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /