İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin müxtəlif universitetlərinin elmi kollektivinin üzvü olan bəsicilərlə (yarımhərbi könüllü səfərbərlik dəstələrinin üzvləri) görüşdü. Özünün olduqca mühüm çıxışı zamanı Ali Məqamlı Rəhbər hal-hazırda imperialist blokunun İslam hərəkatı və bu hərəkatın simvolu olan İran İslam Respublikası qarşısında kritik bir mərhələ yaşadığını, dağınıq və həyəcanlı bir vəziyyətdə olduğunu qeyd edərək vurğuladı: “Bu gün ölkəmiz, əsasən, bir yumruqda birləşməyə ehtiyac duyur. Hətta saf niyyətlə deyilən bir söz, atılan addım, yaxud mətbuatda gedən yazı cəmiyyətdə ikitirəlik və parçalanmaya səbəb olursa, demək, ölkənin və İslam dövlətinin mənafeyinə ziddir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Ali Məqamlı Rəhbərlik hazırkı kritik situasiyada cəmiyyətdə birlik və həmrəyliyin qorunub saxlanmasını, hər cür ixtilaf və hərc-mərclikdən çəkinməyi vacib hesab edir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabı xalqın arasındakı bütün qondarma sədləri məharətlə aradan qaldıra bildi və ölkəni İran xalqı üçün geniş bir meydana çevirdi. Hazırda isə bəziləri bu xalqın nümayəndələri arasında yenidən yanlış və heç bir əsası olmayan sədlər yaratmaq niyyətindədirlər”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Ölkəmizin və xalqımızın başlıca prinsipləri, ideologiyası və hərəkət strategiyası müəyyən olunub və gün kimi aydındır. Bu prinsiplərə və hərəkət strategiyasına müvafiq olaraq hərəkət edən hər kəs “İslam dövləti” adlı bütövün bir parçasıdır”.
İslam İnqilabının Rəhbəri insanlara zülm etməmək məsələsini dəfələrlə vurğuladığını xatırladaraq əlavə etdi: “Qəlbin və əməlin saflığına riayət etmək başlıca vəzifələrdən biridir. Yersiz sözlər, hərəkətlər, məqalələr və s. ilə bu cür davranışlara qətiyyən layiq olmayan insanlara zülm edilməməlidir”.
Həzrət Ayətullah Xamenei İslam peyğəmbərinin (s) insanlara, hətta hər hansı günaha, yaxud xətaya yol vermiş şəxslərə qarşı davranış tərzini xatırladaraq qeyd etdi: “Ədalətli və vicdanlı olmaq, yalnız həqiqəti və lazım olanı danışmaq lazımdır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Elə güman edilməməlidir ki, bəzi insanlar mücahid, mübariz və inqilabçı olduqlarına görə, bu cəhətdən daha aşağı səviyyədə olduqlarını düşündükləri digər insanlar haqqında istədiklərini deyə bilərlər”.
İnsanların iman səviyyəsinin və tutduqları yolun, təbii ki, biri-birindən fərqli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İman səviyyəsindəki fərqə baxmayaraq, cəmiyyətin birgə həyatında ədalətə, vicdana, birlik və həmrəyliyə riayət olunmalıdır”.
Başlıca hədəf və meyarların yaddan çıxarılmamasını mühüm bir məsələ adlandıran Həzrət Ayətullah Xamenei vurğuladı: “İmperializmə qarşı mübarizə aparmaq, dünyada cərəyan edən küfr və nifaq hərəkatı qarşısında müqavimət göstərmək, İslam İnqilabının və dinin düşmənləri ilə aramızdakı ayırıcı sərhədləri şəffaf surətdə müəyyənləşdirmək başlıca meyarlardır”.
Həzrət Ayətullah Xamenei düşmənlərə qarşı mövqeyini açıq-aşkar bildirmək barədə aşağıdakıları qeyd etdi: “İnqilabın və dinin düşmənlərinə qarşı mövqeyini şəffaf şəkildə ifadə etməyən insan öz nüfuzunu aşağı salır. Belə bir şəxs düşmənlərə tərəf meyllənərsə, hökumət dairələrindən kənarlaşdırılacaq”.
Ali Məqamlı Rəhbər qeyd etdi: “Bütün bunlar İslam İnqilabının başlıca meyarları, prinsipləri və irəliyə doğru hərəkət strategiyalarıdır. Onlar qorunmalı və inqilabın irəliyə doğru hərəkəti davam etdirilməlidir”.
Dünyada mövcud olan həssas situasiyanı açıqlayan Ali Məqamlı Rəhbər hazırkı beynəlxalq şəraitə, imperialist dövlətlərin İran İslam Respublikası əleyhinə apardığı işlərə toxunaraq əlavə etdi: “Beynəlxalq arenada vəziyyətin bu cür kritik həddə gəlib çatmasının səbəbi budur ki, dünyanın imperialist mərkəzləri İslam hərəkatına və bu hərəkatın gerçək simvolu olan İran İslam Respublikasına qarşı mübarizədə idarəetməni itiriblər, tamamilə çaşqın və başıpozuq bir halda əllərindən gələn son səyləri edirlər”.
İmperialist blokunun çıxmaza dirəndiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İmperialist blokunun beynəlxalq problemlər, xüsusilə də, son dərəcə həssas bir region olan Orta Şərq regionunun problemləri ətrafında cızdığı qapalı dairə artıq qırılıb və onların uzun müddətdir istifadə etdiyi təbliğat metodlarının əksəriyyətinin mahiyyəti dünya ictimaiyyətinə məlum olub”.
Ali Məqamlı Rəhbər dünyada Amerika və İsrailə qarşı qəzəb və nifrətin artdığını qeyd edərək vurğuladı: “Bu gün hətta Amerika ictimaiyyəti arasında da yəhudi lobbisinin bu ölkədəki qüdrət və nüfuzuna qarşı dərin bir qəzəb hissi artmaqdadır. ABŞ hökumətinin öz vətəndaşlarına qarşı son dərəcə sərt şərtlər tətbiq etməsinə baxmayaraq, bu qəzəbin nişanələri artıq özünü büruzə verməkdədir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran İslam Respublikasının yaranması və varlığı müstəmləkə maşınını bugünkü problemləri ilə üz-üzə qoymuş başlıca faktordur. O, əlavə etdi: “Onların İslam dövlətinə qarşı yürütdüyü düşmənçiliyin səbəbi də elə budur. Lakin İİR əleyhinə qətnamə çıxarılması üçün atılan tələsik addımlar, sanksiyaların qeyri-real şəkildə şişirdilməsi, bundan əlavə, İrana hərbi hücumla bağlı yarımçıq qalmış təhdidlər imperialist blokunun İslam dünyasında müşahidə olunan əzəmətli və mətin hərəkata qarşı mübarizədə çaşqın vəziyyətə düşdüyünü göstərir”.
Həzrət Ayətullah Xamenei çətinliklərə sinə gərməyin daha yüksək hədəflərə çatmaq üçün zəmin yaratdığını qeyd edərək dedi: “Bu gün ölkəmizin ali təhsil ocaqlarında gərgin elmi-tədqiqat fəaliyyətinə, mənəvi-əxlaqi və dini iş aparılmasına, elm sahəsində görülən bütün işlərə cihad əhval-ruhiyyəsinin hakim olmasına, akademik sferanın nümayəndələrində daim və vaxtında əlindən gələn işi görmək psixologiyasının formalaşdırılmasına, uzaqgörənliyin və hadisələrə düzgün qiymət vermək bacarığının daha da gücləndirilməsinə ehtiyac var”.
Ali Məqamlı Rəhbər 12 il öncə ali məktəb müəllimlərindən ibarət Bəsic dəstələrinin yaradılması, bunun ölkə miqyaslı əzəmətli bir hərəkata çevrilməsi barədə danışdı. O, akademik sferanın təmsilçiləri olan bəsiciləri İslam dövləti üçün “ilahi nemət” adlandıraraq qeyd etdi: “Əlbəttə, ölkənin imanlı və inqilabçı universitet müəllimlərinin sayı yalnız burada iştirak edən insanlarla məhdudlaşmır. Ölkəmizin müxtəlif ali təhsil ocaqlarında çalışan və olduqca böyük, effektiv rola malik olan çoxlu sayda bəsici müəllimlərimiz var”.
İslam İnqilabının Rəhbəri ölkədə Bəsic dəstələrinin təşkil olunmasını “İslam İnqilabı çərçivəsində həyata keçirilmiş misilsiz bir hərəkat”, “dahi və müdrik İmam Xomeyninin (r.ə) yadigarı” adlandıraraq əalvə etdi: “Bəsic dəstələrinin formalaşması, əslində, elə inqilabın ilk günlərindən – İmamın xalqa etimad göstərərək insanları ictimai-siyasi meydanlara çəkdiyi vaxtdan başladı. Bu etimad xalqımızda özünəinam hissinin aşkara çıxmasına səbəb oldu”.
Həzrət Ayətullah Xamenei Bəsic mədəniyyətinin və Bəsic qüvvələrinin varlığının İslam dövləti üçün bir çox xeyir-bərəkətlərin mənbəyi olduğunu qeyd edərək dedi: “Bəsic dəstələri, əslində, ölkədə parlaq çalarlarla gözə çarpmayan, iddiasız, lakin çoxşaxəli bir ordudur”.
Bəsicin fəaliyyət dairəsinin məhdud çərçivəli hərbi xidmətdən daha geniş olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəsic qüvvələrini hərbi təyinatlı bir qurum hesab etmək doğru deyil. Bəsic istənilən yerdə və istənilən anda özünü büruzə verən, bütün sferaları və təbəqələri əhatə edən ümumi bir sahədir”.
Ali Məqamlı Rəhbər çıxışının davamında müəllimlərin, xüsusilə də, mömin, inqilabçı insanların ali təhsil ocaqlarındakı roluna və mövqeyinə toxundu, İslam dövlətinin bu təhsil müəssisələrinə bəslədiyi ümidlər, universitetlərin və elmi mərkəzlərin aktual ehtiyacları barədə danışaraq əlavə etdi: “Bəsici müəllimin öhdəsinə düşən vəzifə çalışdığı ali təhsil ocağında vaxtında, saf niyyətlə, fədakarcasına və effektiv fəaliyyət göstərmək, şəhid Çəmran kimi imanlı və alim insanlar yetişdirməkdir”.
Həzrət Ayətullah Xamenei İslam dövlətinin ali təhsil ocaqlarına hansı ümidlərlə yanaşdığı barədə danışaraq bunları vurğuladı: “Ali təhsil ocaqlarından və elmi mərkəzlərdən başlıca istəyimiz budur ki, İran xalqına və bu xalqın tarixi keçmişinə layiq yüksək elmi statusa yetişənə qədər ölkənin elmi tərəqqisi sürətli bir templə davam etdirilsin”.
Ali Məqamlı Rəhbər mötəbər beynəlxalq elmi təşkiatlardan birinin İranda elmin sürətli inkişafı və əldə olunmuş elmi nailiyyətlərlə bağlı verdiyi hesabata toxunaraq dedi: “Həmin hesabatda qeyd olunur ki, İranın elmi tərəqqisinin sürət tempi dünyada gedən elmi tərəqqinin orta sürət tempindən 11 dəfə çoxdur. Bu isə ölkəmizdə elm sahəsində sürətli irəliləyişin həyata keçirildiyini göstərir. Buna baxmayaraq biz hazırkı səviyyə ilə kifayətlənməməli, elmin zirvələrinə yetişmək üçün çalışmalı və müvafiq fəaliyyət proqramları hazırlamalıyıq”.
İslam İnqilabının Rəhbəri İran İslam Respublikasında imanlı, Allah yolunda, ilahi amallar uğrunda cihada hazır olan çoxsaylı alim və mütəxəssislərin varlığını “İmam Xomeyni (r.ə) dühasının bərəkətli nəticəsi” və “dünyada misli-bərabəri olmayan bir gerçəklik” adlandırdı. O, əlavə etdi: “İslam dövlətinin elmi inkişafla bağlı qarşıya qoyduğu tələblər beynəlxalq miqyaslı tələblərdir. Odur ki, elmi tərəqqinin zirvəsinə ucalmaq, şəhid Çəmran kimi alimlər yetişdirməklə bağlı ümidlər qeyri-real deyil”.
Həzrət Ayətullah Xamenei İslam dövlətinin insan, hakimiyyət, qadın, əxlaq və elm məfhumları ilə bağlı görüşlərinə və bu görüşlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məsələsinə toxunaraq qeyd etdi: “Böyük əzmlə ali hədəflərə doğru can atmaq, daha geniş üfüqlərə nəzər salmaq lazımdır. Elmi tərəqqiyə beynəlxalq miqyaslı tələblər qoymaqdan qorxmaq, qeyd etdiyim ideya və görüşlərin dünya ictimaiyyətinə təqdim olunması ilə bağlı səsləndirilən bəzi ironiyalı fikirlərdən çəkinmək lazım deyil”.
Ali Məqamlı Rəhbər vurğuladı ki, İran İslam Respublikası olduqca yüksək, eyni zamanda hər bir ədalətli və ziyalı insanın məqbul hesab edə biləcəyi məqsəd və ideallara doğru can atır. O, əlavə etdi: “İslam dövləti müstəmləkə maşınının məhv edilməsini, dünyada ədalətin bərqərar olunmasını, elmin nailiyyətlərindən bəşəriyyətin asayişi və rahatlığı üçün istifadə olunmasını istəyir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Belə yüksək amallara doğru can atan, imandan doğan böyük əzmlə hərəkət edən, Allahın möminlərə yardım edəcəyi ilə bağlı Quranda verilən vədlərə yəqinliklə əmin olan, ölümdən qorxmayan və şəhidlik arzusu ilə yaşayan bir xalqın qarşısında, sözsüz ki, geniş və işıqlı üfüqlər açılacaqdır”.
Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei şəhid Doktor Mustafa Çəmranın xatirəsini ehtiramla yad etdi, onun imanlı, mücahid, şücaətli, uzaqgörən, elmli, ədalətli, istedadlı, daim Tanrıya minacat edən, incə ruhlu, bu dünyanın malına, şan-şöhrətinə və məqamına etinasız yanaşan gözəl bir insan olduğunu deyərək əlavə etdi: “Şəhid Çəmran bəsici universitet müəlliminə mükəmməl bir nümunədir. Bu insan elm və əməlin, Peyğəmbər (s) sünnəsi ilə novatorluğun, ilahi eşq ilə ağlın vəhdətinin həqiqi təcəssümüdür”.
Həzrət Ayətullah Xamenei bir daha vurğuladı: “İran İslam Respublikasındakı bütün ali təhsil ocaqlarından şəhid Çəmran kimi şəxsiyyətlər yetişdirmələrini gözləyirik”.
İslam İnqilabının Rəhbəri həmçinin Doktor Mustafa Çəmranın şəhid edildiyi günün “Ali Məktəb Müəllimlərinin Bəsic Günü” elan edilməsi ilə bağlı irəli sürülən təklifin dəyərli və mənalı bir təklif olduğunu dedi.
Görüşün əvvəlində aşağıda adları sadalanan ali məktəb müəllimləri çıxış edərək elm və ali təhsillə, habelə ölkədəki digər məsələlərlə bağlı rəy və görüşlərini bildirdilər:
– Doktor Rza Rusta Azad – Şərif Texniki Universitetinin elmi araşdırmalar və texnologiya məsələləri üzrə prorektoru;
– Doktor Zülfi Qol – Kimya Assosiasiyasının sədri, kimya müəllimi, beynəlxalq dərəcəli alim, Əbu Əli Sina adına Həmədan Universitetinin rektoru;
– Doktor Fəzlullah Musəvi – hüquq müəllimi, Tehran Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin dekanı;
– Doktor Seyid Məhəmməd Təqi Ələvi – Təbriz Universitetinin rektoru, həmin universitetin Hüquq kafedrasının dosenti;
– Xanım Doktor Xuz Əli – Əlzəhra Universitetinin Xarici dillər və xarici ədəbiyyat fakültəsinin dekanı, Ərəb dili və ədəbiyyatı üzrə dosent;
– Doktor Cəhanbəxş Rauf – Mazandaran Universitetinin Kimya fakültəsinin müəllimi;
– Hüccətül-İslam Doktor Qorciyan – Fəlsəfə elmləri üzrə dosent, Qum şəhərindəki Baqirül-ülum Universitetinin Fəlsəfə və kəlam kafedrasının üzvü;
– Seyid Həsən İmami Rəzəvi – Tehran Tibb Universitetinin dosenti, Səhiyyə və Tibbi Təhsil Nazirinin müalicə işi üzrə müavini;
Çıxış edən müəllimlərin toxunduğu başlıca məsələlər aşağıdakılardan ibarət oldu:
Elmi-tədqiqat işi ilə məşğul olan insanların sosial müdafiəsinin təmin olunması məqsədilə “Tədqiqatçı sığortası”nın tətbiq edilməsinin vacibliyi;
– Universitetlərdə və ali təhsil ocaqlarında elmi-tədqiqat işlərinə ayrılan büdcənin azlığı;
– İrimiqyaslı milli layihələrin, o cümlədən “Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi” proqramının işlənib hazırlanmasında universitetlərin elmi-tədqiqat potensialından istifadə olunmasının vacibliyi;
– İslam dövlətinin 30 il ərzində əldə etdiyi nailiyyətlərə ədalətli yanaşmanın və bu nailiyyətlərin siyasi çəkişmələrə qurban verilməməsinin zəruriliyi;
– Tələbə təşkilatlarının fəaliyyət dairəsinin sırf siyasi məzmunlu diskusiyalarla məhdudlaşmamasının zərurilyi;
– Rəhbər işçilərlə maarifləndirici işin aparılmasına ciddi yanaşma;
– Ali təhsil ocaqlarına qarşı yönəlmiş soyuq müharibənin üsul və metodlarını, habelə onlarla mübarizə strategiyalarını düzgün öyrənmək;
– Humanitar elm sahələri üzrə əsaslı dəyişikliklərin həyata keçirilməsinin və bu elmlərin lokal tələblərə uyğunlaşdırılmasının vacibliyi;
– Görkəmli müəllimlər və elm xadimləri üçün ölkə daxilində tədqiqat imkanlarının yaradılması;
– Qadın və ailə problemləri ilə bağlı aparılan tədqiqatlara ciddi və dəqiq yanaşma, bu sahəyə aid dərsliklərin və tədris proqramlarının lokal və dini tələblərə uyğunlaşdırılması;
– Xanım tədqiqatçılar üçün elmi mərkəzin yaradılması;
– Müxtəlif elm sahələri üzrə virtual təhsil imkanlarının genişləndirilməsi;
– Universitetlərin və elmi mərkəzlərin akademik heyətinə üzv seçərkən elmi meyarlarla yanaşı şəxsi keyfiyyətlərin də nəzərə alınması;
– Fundamental elmlərə daha ciddi diqqət yetirilməsinin vacibliyi;
– “Regionların imkanlarının dəyərləndirilməsi” layihəsinin ali təhsil sahəsində icrası;
– Universitetlərdə maarifləndirici işlərin qeyri-ardıcıl surətdə aparılmasından çəkinmək;
Görüş əsnasında Müəllimlərin Bəsic Təşkilatının sədri Doktor Bəxtiyari də çıxış edərək rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə qısaca məlumat verdi. Cənab Bəxtiyari dedi: “Ali məktəb müəllimlərinin ölkədə həyata keçirilən elmi cihada və “Elmi proqram təminatı” hərəkatına qoşulmasını təmin etmək məqsədilə onların potensialını dəyərləndirmək, aralarında vəhdət və həmrəyliyə nail olmaq, ölkədəki aktual problemləri daim aşkara çıxarmaq və onların həlli istiqamətində müvafiq dövlət orqanları ilə həmkarlıq etmək, mədəni sferalarda effektiv iştirak etmək Müəllimlərin Bəsic Təşkilatının qarşıya qoyduğu başlıca məqsədlər sırasındadır”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına
istinad zəruridir