Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin

Ərabinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət İmam Xomeyninin (r.ə) əziz kürəkəni cənab Ərabinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Müraciətin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Həzrət İmam Xomeyninin (r.ə) əziz kürəkəni cənab Ərabinin vəfatı ilə əlaqədar olaraq, ölkənin mötəbər və məsuliyyətli iş adamlarından biri olmuş mərhumun möhtərəm xanımına və övladlarına, habelə dahi İmamın (r.ə) nəcib ailə üzvlərinə başsağlığı verir, Allahdan o mərhum üçün rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
22 iyun, 2010-cu il



Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /