İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslami Şura Məclisinin Sədri, idarə heyətinin üzvləri və deputatlarla görüşdə hazırkı həssas və günü-gündən dəyişməkdə olan beynəlxalq şəraiti kompleks surətdə təhlil etdi. Ali Məqamlı Rəhbər həmçinin İran İslam Respublikasındakı daxili vəziyyətə toxunaraq İran xalqının birlik və ayıq-sayıqlıq nümayiş etdirdiyini, İmam Xomeyni (r.ə) amallarına və İmamın ideoloji-siyasi kursuna misilsiz dərəcədə bağlı olduğunu xüsusi qeyd etdi. Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) vəfatının ildönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə misilsiz və izdihamlı iştirakına görə İran xalqına təşəkkür və minnətdarlığını bildirərək dedi: “Ölkənin inkişaf və yüksəlişə doğru günü-gündən daha sürətli templə hərəkətini təmin etmək üçün İslami Şura Məclisinin fəaliyyət proqramında ideoloji işin təşkili də yer almalıdır. Bu, reallığın nəzərə alınması, müvafiq komissiyaların peşəkar və dəqiq araşdırmaları, hökumət və parlamentin səmimi həmkarlığı şəraitində həyata keçirilməlidir”.
İslam İnqilabının Rəhbəri əvvəlcə İslami Şura Məclisinin beynəlxalq və ölkədaxili məsələlərdə oynadığı mühüm rola görə parlament sədrinə və deputatlara öz minnətdarlığını bildirdi, dünya arenasında hazırda olduqca həssas və özünəməxsus bir şəraitin müşahidə olunduğunu qeyd edərək dedi: “Bugünkü beynəlxalq vəziyyət gələcək nəsillərin, İslam İnqilabının və ölkəmizin taleyinə öz təsirini göstərə bilər. Odur ki, bu vəziyyəti diqqətlə müşahidə etmək, düzgün qavramaq və baş verən dəyişikliklərdə uzaqgörənliklə, fəal iştirak etmək İran xalqının öz məqsəd və amallarına daha da yaxınlaşması, bu yolda daha möhkəm status qazanması üçün zəmin yarada bilər”.
Həzrət Ayətullah Xamenei Orta Şərq regionunda baş verən dəyişikliklərə, xüsusilə Fələstin məsələsi ətrafında əvvəlkindən tam fərqli surətdə cərəyan edən proseslərə toxunaraq qeyd etdi: “Bütün bunlar regionda müəyyən dəyişikliklərin baş verdiyini göstərir, habelə dünya miqyasında da Amerikanın, bəzi Qərb dövlətlərinin beynəlxalq statusu və təsir gücü ilə bağlı böyük dəyişikliklər müşahidə olunmaqdadır”.
Ali Məqamlı Rəhbər 30 il əvvəl beynəlxalq arenada analoji vəziyyətə çox nadir hallarda rast gəlindiyini qeyd edərək vurğuladı: “Bu həssas periodda düzgün və effektiv rol oynaya bilmək üçün ölkə daxilində birlik, həmrəylik və iqtidarın nüfuzunu lazımi səviyyədə təmin etmək, hökumət orqanları arasında sıx əməkdaşlığa nail olmaq vacibdir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi: “Ölkədə gedən proseslərə məhz bu aspektdən yanaşılsa, bu gün diqqət mərkəzində olan məsələlərdən bir çoxunun və bəzi şəxlsərin mövqeyinin önəmsiz olduğu aşkara çıxa bilər”.
Ölkədaxili vəziyyəti təhlil edən Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümünə həsr edilmiş tədbirdə xalqın misli görünməmiş, izdihamlı iştirakını da qeyd edərək əlavə etdi: “Xoşbəxtlikdən, ayıq-sayıq və uzaqgörən xalqımız düşmənlərin və İslam dövlətinin əleyhdarlarının gözlədiyinin əksinə hərəkət edərək özünü olduqca parlaq surətdə nümayiş etdirdi, İmam Xomeyniyə (r.ə) və onun ideologiyasına səmimi qəlbdən bağlı olduğunu göstərdi”.
Ali Məqamlı Rəhbər milyonlarla insanın isti hava şəraitinə baxmayaraq, qızmar günəşin şüaları altında saatlarla ayaq üstə durub İmam Xomeyninin vəfatının ildönümünə həsr edilmiş tədbirdə iştirak etdiyini xatırladaraq dedi: “Mən bu sədaqətinə görə əziz İran xalqına öz səmimi təşəkkür və minnətdarlığımı bildirməyi lazım bilirəm”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “İmam Xomeyni xalqı inqilaba, dinə və uca amallara dəvət edirdi. İmamın özü həmin amalların bariz təcəssümü, bu xalqın yüksəliş və kamala aparan yolu qət etmək iqtidarında olduğu ideyasının carçısı idi. Odur ku, xalqın İmamın vəfatının ildönümünə həsr edilmiş mərasimdə, özü də, düz 21 ildən sonra bu səviyyədə iştirakı bu insanların dahi İmam Xomeyni amallarına ehtiramla yanaşması deməkdir”.
İran xalqının optimist, imanlı, İslam dininə etiqad bəsləyən, öz gücünə və bacarığına inanan, Uca Yaradana arxalanan bir xalq olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei belə bir xalqın səadət və kamala doğru aparan yolda heç bir zaman ətalətə uğramayacağını dedi.
İslami Şura Məclisindəki nümayəndələrin məhz belə bir xalqın nümayəndələri olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın emosional, habelə məntiqi davranışlarını, İmam Xomeyni kursuna səmimi bağlılığını hər kəs gördü. Həmçinin ötən il də hamımız xalqın seçkidə 40 milyonluq iştirakının şahidi olduq. Bütün bu faktlar özünəməxsus məna kəsb edir və xalqa xidmət edən rəsmi şəxslər olaraq öhdəmizə düşən məsuliyyəti ikiqat artırır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi: “Bu məsuliyyət təkcə bu dünyaya aid deyil. Uca Tanrı da vəzifəmizə necə əməl etdiyimiz barədə bizi sorğu-sual edəcək. Odur ki, o dünyada da cavabdehlik edəcəyimizi unutmamalıyıq”.
Həzrət Ayətullah Xamenei siyasi təmayüllərdəki fərqliliyə baxmayaraq İslami Şura Məclisində optimist, imanlı, inqilabçı, məsuliyyətli və problemlərə yaxından bələd olan nümayəndələrin təmsil olunduğunu dedi. O, əlavə etdi: “Məclis nümayəndələri özlərinin qanunvericilik vəzifəsini həyata keçirərkən iki mühüm şərti – idealların uca tutulmasını və realist baxışı nəzərdən qaçırmamalı, xalqı uca amallarına çatdıracaq yolları reallığa müvafiq surətdə müəyyənləşdirməlidirlər”.
Parlament və hökumət arasında səmimi həmkarlığı vacib məsələlərdən biri adlandıran Ali Məqamlı Rəhbər vurğuladı: “Bu həmkarlığa nail olunması vacibdir. Tərəflərdən hər birinin: “Biz öhdəmizə düşən bütün işləri və vəzifələri yerinə yetirmişik. Qarşı tərəf addım atmalıdır”, – deməsi məqbul deyil”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Parlament və hökumətin vəzifə və səlahiyyətləri qanunla müəyyən olunub. Qanunda bu sahədə boşluqlar varsa da, onlar aradan qaldırılmalıdır. Lakin bu gün ölkədə parlament və hökumət arasında sıx əməkdaşlığa ehtiyac duyulur”.
Həzrət Ayətullah Xamenei qeyd etdi: “Hökumətdə parlamentin sözünü eşitməmək, parlamentdə isə hökumətin fəaliyyətinə əngəl olmaq kimi motivlərə heç bir vəchlə yol verilməməlidir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Düzdür, hökumət qanunların icrasını həyata keçirməlidir, digər tərəfdən qanuverici orqan da icraedici rəsmilərin rolunu və iş şəraitini nəzərə almalıdır. Çünki dövlət işin başlıca qismini həyata keçirən elementdir və onun öz vəzifəsini icra etməsi üçün mümkün qədər əlverişli şərait yaradılmalıdır”.
İşin icra layihəsinin hazırlanması ilə faktiki icrası arasında böyük fərq olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Hökumət qanunları icra etməlidir, lakin bununla yanaşı parlament də hökumətin qanunları lazımınca icra edə bilməsi üçün çalışmalıdır”.
Mövzunu daha ətraflı açıqlayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Məsələn, hökumətə hər hansı bir vəzifəni həvalə etmək, lakin həmin vəzifənin icrası üçün müvafiq dövlət orqanlarına qanuni səlahiyyət verməmək mümkün deyil. Bu, müəyyən problemlərin qarşıya çıxmasına səbəb ola bilər. Yaxud, hökumət öz imkan və səlahiyyətlərini nəzərə alaraq hazırladığı qanun layihəsini parlamentə təqdim etdikdən sonra orada layihəyə elə formada dəyişiklik edilməməlidir ki, təsdiq olunan layihə hökumətin irəli sürdüyü layihədən tam fərqlənsin”
Ali Məqamlı Rəhbər hökumət və parlament arasında səmimi əməkdaşlığın təmin olunmasını siyasi tendensiya və maraqlardan daha yüksəkdə duran bir məsələ adlandıraraq dedi: “Bu, İslam İnqilabının və ölkənin taleyi ilə bağlı bir məsələdir. Hökumət və parlament arasındakı əməkdaşlıq məhz belə bir yanaşmaya əsaslanmalıdır”.
İslam İnqilabının Rəhbəri parlamentdə qəbul edilən qərarlarda ayrı-ayrı komissiyaların fəaliyyətinin əhəmiyyətli rolunu da qeyd edərək əlavə etdi: “Parlamentdə komissiyaların müntəzəm və sistematik fəaliyyət göstərməsi və orada müvafiq ekspert araşdırmalarının həyata keçirilməsi çox vacibdir. Çünki bu halda istənilən qərarın lehinə, yaxud əleyhinə səslənən fikirlər arqumentlərlə əsaslandırılmış olur”.
İslami Şura Məclisinin nəzarətedici orqan kimi nüfuzuna və əhəmiyyətinə toxunan Ali Məqamlı Rəhbər parlamentin və deputatların bu istiqamətdə fəaliyyətini təmin etmək məqsədilə xüsusi nəzarət mexanizminin işlənib hazırlanmasını vacib hesab etdiyini dedi. O, “Ölkənin 5-ci inkişaf proqramı”nın İslami Şura Məclisində ətraflı müzakirəsi ilə bağlı aşağıdakıları qeyd etdi: “5-ci inkişaf proqramı olduqca əhəmiyyətlidir və parlamentdə müzakirəyə çıxarılarkən bu layihənin daha da təkmilləşdirilməsinə, üzərində zəruri dəyişikliklər edilməsinə çalışmaq lazımdır. Son nəticədə parlamentin təsdiq etdiyi layihə hökumətin təqdim etdiyi layihədən tam fərqli bir sənədə çevrilməməlidir”.
Çıxışının sonunda Ali Məqamlı Rəhbər parlamentarilərə xalqı təmsil etmək, insanların xidmətində durmaq kimi böyük bir nemətin və fürsətin qədrini bilməyi tövsiyə etdi.
Görüşün əvvəlində İslami Şura Məclisinin sədri cənab Əli Laricani parlamentin son iki il ərzindəki fəaliyyəti barədə qısaca məlumat verərək dedi: “Bu müddət ərzində parlamentdə 421 qanun və qanun layihəsi müzakirə olunmuş, onlardan 142-si təsdiq edilmişdir”.
Cənab Laricani İslami Şura Məclisində təsdiq olunmuş mühüm qanun layihələri sırasında ticarət haqqında qanunu, “Yaxşılığa dəvət və pislikdən çəkindirmək” adlı qanun layihəsini, habelə qənaətli istehlak haqqında layihəni qeyd edərək dedi: “Bu həftənin əvvəlindən etibarən parlamentin müvafiq ekspert komissiyalarında “5-ci inkişaf proqramı”nın araşdırılmasına başlanacaq. İslami Şura Məclisi bu proqramın müzakirəsində ölkənin İran-İslam modeli üzrə inkişafı prinsipini rəhbər tutacaq”.
Cənab Laricani həmçinin qeyd etdi ki, parlamentin 8-ci çağırışının fəaliyyətində görkəmli şəxslərin mütəxəssis rəyindən səmərəli istifadə olunmasına, komissiyalar tərəfindən prioritet məsələlərin müəyyənləşdirilməsinə, mədəni sferaya, xüsusilə dini məsələlərə diqqət yetirilməsinə çalışılmışdır. Cənab Laricani əlavə etdi: “Son iki il ərzində İslami Şura Məclisi beynəlxalq proseslərə dəqiq və vaxtında reaksiya verərək mövqe bildirmişdir. Parlament ölkədaxili məsələlərə, xüsusilə seçkidən sonra baş vermiş hadisələrə münasibətdə də açıq-aşkar və qətiyyətli mövqe seçərək təkidlə bildirmişdir ki, daxili və xarici iğtişaşçıların xalqın hüquqları ilə bu cür məkrli oyunlar oynamasına imkan verməyəcək”.
Cənab Laricani həmçinin dünyasını dəyişmiş iki deputatın – Məşhəd dairəsinin təmsilçisi Hüccətül-İslam vəl-muslimin Fakirin, habelə Mohr və Lamərd dairələrindən məclisə üzv seçilmiş, mərhum Məhəmməd Əli Həyatinin xatirəsini ehtiramla yad etdi.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına
istinad zəruridir